Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Həşərat sancmasına görə 15 min manatlıq sığorta ödənişi

Azərbaycanın sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Şirkəti 2018-ci ilin ilk yarimilliyi ərzində səyahət sığortası üzrə iri ödənişlər həyata keçirmişdir.

 

“Atəşgah” Sığortadan "Marja"ya daxil olmuş məlumata görə, Şirkətinin cari ilin ilk altı ayı ərzində səfər sığortası üzrə həyata keçirdiyi ən yüksək məbləğli sığorta ödənişi 57 748,56 AZN təşkil etmişdir. Sığorta olunan Türkiyədə səfərinin son günü avtomobil qəzası nəticəsində ağır xəsarət almışdır. Hadisə nəticəsində zərərçəkmiş şəxsin tibbi xərcləri “Atəşgah” SŞ tərəfindən qarşılanmışdır.

 

“Atəşgah” SŞ tərəfindən səfər sığortası üzrə həyata keçirilən növbəti ödəniş 15 643,96 AZN olmuşdur. Sığorta olunan ABŞ-ın Texas ştatında qırmızı odlu qarışqa sancması nəticəsində yaranan allergik reaksiya səbəbilə tibb müəssəsinə aparılmış və tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.

 

1 GÜNƏ KREDİT ALIN!

 

 “Atəşgah” SŞ-nin 2018-ci ilin birinci yarimilliyi üzrə səfər sığortası üzrə həyata keçirdiyi digər ödəniş 15 259 AZN təşkil etmişdir. Sığorta olunan şəxsin İrlandiya Respublikasında səyahətdə olarkən yaranmış qastroentereloji şikayətlər səbəbilə stasionar müalicə zamanı bütün tibbi xərcləri Sığortaçı tərəfindən ödənilmişdir.

 

16.08.2018 10:10

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ