Nazir 6000 investorla telekonfransla görüşdü - LİRƏ BAHALAŞDI
Albayrak və 6000-ə yaxın xarici investor arasında görüş olub.
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak xarici investorlarla telekonfrans yolu ilə görüşüb.
"Marja" xəbər verir ki, Albayrak görüşdə,"Türkiyə çətinliklərin tamamilə fərqindədir, bu dalğalanmalardan daha güclü çıxacağıq" mesajını verib.
Albayrak investorlara, məzənnələrdəki kəskin dalğalanmanın iqtisadi əsasları olmadığını deyib.
Bank sektorunun sağlam olduğunu vurğulayan nazir "Banklarda yaxın zamanda stress testi apardıq. Türkiyənin bank sektoru güclü və sağlamdır. Hazırda bazar nizamsızlığını aradan qaldırmaq ilə məşğul oluruq. Bank sisteminin açıq valyuta mövqeyi yoxdur" ifadəsini istifadə edib.
Albayrak, inflyasiyanı aşağı salamağın əsas prioritetləri olacağını qeyd edib, maliyyə intizamından güzəştə getməyəcəklərini vurğulayıb.
Albayrak deyib: "Türkiyə Mərkəzi Bankı maliyyə siyasəti ilə paralel addımlar atacaq. İddialı qənaət proqramı üçün bütün banklara tapşırıq verilib. Vergi qurmalarından əhəmiyyətli gəlir gözləyirik".
"KAPİTALA NƏZARƏT YOXDUR"
Nazir, "Kapital nəzarətləri gündəliyimizdə deyil və olmayacaq, Türkiyə heç vaxt bazar deportasiyası qaydaları həyata keçirməyib. Bazarın etimadını artırmaq üçün hər bir addım atılacaq. Struktur islahatları prioritetimizdir"- əlavə edib..
"BEYNƏLXALQ VALYUTA FONDU İLƏ ƏMƏKDAÇLIQ PLANIMIZ YOXDUR"
Berat Albayrak, "BVF ilə əlaqəyə keçmək, əməkdaşlıq planımız yoxdur. Vergi gəlirləri tərəfində müsbət göstəricilər müşahidə edirik" - də deyib,
Albayrakın çıxışından digər başlıqlar:
-Nazirlərdən güclü bir qənaət planı istədim, sərmayəçilərlə açıq və şəffaf dialoqu dəstəkləyirik, iddialı qənaət proqramı üçün bütün nazirlərə vəzifə verilib
-İnflyasiyayla mübarizədə pul siyasəti tək başına yetərli deyil,
-Halkbank ilə bağlı cəza gözləmirik
-Türkiyə sərmayədarlar üçün cəlbedici bir inkişaf edən bazar olmağa davam edəcək
-ABŞ Xəzinə Naziri Mnuçin ilə yaxşı ünsiyyət içərisindəyik,
-İqtisadi artım keçən illərlə müqayisədə daha mülayim olacaq.
Berat Albayrakın açıqlamaları ilə Lirə bahalaşır. Bakı vaxtı ilə saat 18:15-də Dollar/TL məzənnəsi 5.72 səviyyəsinə düşüb. Lirə Dollar qarşısında 4%-ə yaxın bahalaşıb. Çıxış zamanı məzənnə 5.7114 səviyyəsini də görüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
2 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 3 saat əvvəl
-
3 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
4 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl