Ən yuxarı statik reklam-3_3

Nazir 6000 investorla telekonfransla görüşdü - LİRƏ BAHALAŞDI

iç səhifə xəbər başlığı altı (mobil)_31
Nazir 6000 investorla telekonfransla görüşdü - LİRƏ BAHALAŞDI
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Albayrak və 6000-ə yaxın xarici investor arasında görüş olub.


 

Reklam_3_11

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak xarici investorlarla telekonfrans yolu ilə görüşüb.

 

"Marja" xəbər verir ki, Albayrak görüşdə,"Türkiyə çətinliklərin tamamilə fərqindədir, bu dalğalanmalardan daha güclü çıxacağıq" mesajını verib.

 

Albayrak investorlara, məzənnələrdəki kəskin dalğalanmanın iqtisadi əsasları olmadığını deyib.

 

Bank sektorunun sağlam olduğunu vurğulayan nazir "Banklarda yaxın zamanda stress testi apardıq. Türkiyənin bank sektoru güclü və sağlamdır. Hazırda bazar nizamsızlığını aradan qaldırmaq ilə məşğul oluruq. Bank sisteminin açıq valyuta mövqeyi yoxdur" ifadəsini istifadə edib.

 

Albayrak, inflyasiyanı aşağı salamağın əsas prioritetləri olacağını qeyd edib, maliyyə intizamından güzəştə getməyəcəklərini vurğulayıb.

 

1 GÜNƏ KREDİT ALIN!

 

Albayrak deyib: "Türkiyə Mərkəzi Bankı maliyyə siyasəti ilə paralel addımlar atacaq. İddialı qənaət proqramı üçün bütün banklara tapşırıq verilib. Vergi qurmalarından əhəmiyyətli gəlir gözləyirik".

 

"KAPİTALA NƏZARƏT YOXDUR"

 

Nazir, "Kapital nəzarətləri gündəliyimizdə deyil və olmayacaq, Türkiyə heç vaxt bazar deportasiyası qaydaları həyata keçirməyib. Bazarın etimadını artırmaq üçün hər bir addım atılacaq. Struktur islahatları prioritetimizdir"- əlavə edib..
 

"BEYNƏLXALQ VALYUTA FONDU İLƏ  ƏMƏKDAÇLIQ PLANIMIZ YOXDUR"

 

Berat Albayrak, "BVF ilə əlaqəyə keçmək, əməkdaşlıq planımız yoxdur. Vergi gəlirləri tərəfində müsbət göstəricilər müşahidə edirik" - də deyib,

 

Albayrakın çıxışından digər başlıqlar:

 

-Nazirlərdən güclü bir qənaət planı istədim, sərmayəçilərlə açıq və şəffaf dialoqu dəstəkləyirik, iddialı qənaət proqramı üçün bütün nazirlərə vəzifə verilib
 
-İnflyasiyayla mübarizədə pul siyasəti tək başına yetərli deyil,
 
-Halkbank ilə bağlı cəza gözləmirik
 
-Türkiyə sərmayədarlar üçün cəlbedici bir inkişaf edən bazar olmağa davam edəcək
 
-ABŞ Xəzinə Naziri Mnuçin ilə yaxşı ünsiyyət içərisindəyik,
 
-İqtisadi artım keçən illərlə müqayisədə daha mülayim olacaq.

 

Berat Albayrakın açıqlamaları ilə Lirə bahalaşır. Bakı vaxtı ilə saat 18:15-də Dollar/TL məzənnəsi 5.72 səviyyəsinə düşüb. Lirə Dollar qarşısında 4%-ə yaxın bahalaşıb. Çıxış zamanı məzənnə 5.7114 səviyyəsini də görüb.

16.08.2018 15:23

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ