Ən yuxarı statik reklam_3
Mobil manşet üstü reklam-3_21

ATMİA nümayəndələri İxaracatçılar Klubunun tədbirində iştirak ediblər

iç səhifə xəbər başlığı altı (mobil)_31
ATMİA nümayəndələri İxaracatçılar Klubunun tədbirində iştirak ediblər

(®) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi ilə  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) İxaracatçılar Klubunun Azərbaycanın Xaricdəki Ticarət Evləri ilə bağlı tədbiri keçirilib.

 

Tədbirdə “Made in Azerbaijan” brendini dünayaya tanıtmaq, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək və ölkənin ixrac potensialını artırmaq məqsədilə yaradılmış və yaradılması planlaşdırılan Ticarət Evlərinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib və müzakirələr aparılıb.

 

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov bildirib ki, Azərbaycan xaricdə ticarət evlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. Onun sözlərinə görə, yaxın zamanlarda daha beş ölkədə ticarət evlərimiz açılacaq.  Bu ölkələr Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstandır. Nazir müavini artıq ticarət nümayəndələrimizin gördükləri işlərin real nəticələrinin olduğunu da vurğulayıb. O, qeyd edib ki, məhz Ticarət Evlərimizin fəaliyyətləri nəticəsində iş adamlarımız yeni bazarlara çıxıb, yeni alıcılar tapıblar. Cənab Məmmədov Çin Xalq Respublikasından bir sıra böyük şirkətlərin nümayəndələrinin bu yaxınlarda  Azərbaycana səfərlərini xüsusi qeyd edib. Onun sözlərinə görə artıq yerli istehsalçılarla görüşlər təkil edilib və bu görüşlərin nəticəsində ilkin sifarişlər alınıb, müqavilələr bağlanıb.  

 

Qeyd edək ki, tədbirdə Azərbaycan Tikinti Materialları İstehsalçıları Assosiasiyasının (ATMİA) nümayəndələri də iştirak edib.

16.08.2018 15:46

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ