Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

ABŞ-dan Çin və Rusiya şirkətlərinə sanksiya

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ-dan Çin və Rusiya şirkətlərinə sanksiya

ABŞ Xəzinə Nazirliyi, Şimali Koreyanın qanunsuz daşımalarını asanlaşdırdığı iddiası ilə, Çin və Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib.
 

"Marja" CNBC-yə istinadən xəbər verir ki, sanksiya siyahısında Çinin bir logistika şirkəti və Sinqapurdakı filialı və Rusiyanın "Profinet" şirkəti ilə şirkətin baş direktorunun adı yer alır.
 

ABŞ-ın xəzinə naziri Stiven Mnuçin etdiyi açıqlamada, "Xəzinə Nazirliyi, Şimali Koreyadakı mövcud sanksiyaları tətbiq etməyə davam edəcək. Qanunsuz daşımaları asanlaşdıran və gəlir axını təmin edəcək şirkətləri, limanları və gəmiləri əngəlləmək üçün hərəkətə keçəcək" deyib.
 

ABŞ Xəzinə Nazirliyinin açıqlamasında, Çinin logistika şirkəti "Dalian Sun Moon Star"ın və Sinqapurdakı "SINSMS" şirkətinin ABŞ və BMT-nin tələblərini pozaraq alkoqol, tütün və siqaret kimi malları Şimali Koreyaya göndərmək üçün saxta nəqliyyat sənədlərini istifadə etdiyi qeyd edilib.
 

ABŞ Xəzinə Nazirliyinə görə, Şimali Koreya, qanunsuz siqaret ticarətindən ildə bir milyard dollardan artıq gəlir əldə edir.

16.08.2018 17:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ