"Türkiyə ilə əlaqələrimizi azaldırıq"
ABŞ Prezidenti Donald Tramp keçirdiyi bir toplantıda keşiş Endryu Brunson sərbəst buraxılması üçün Türkiyəyə güzəştə getməyəcəklərini, heç nə ödəməyəcəklərini və Türkiyənin illərdir ABŞ-dan istifadə etdiyi açıqlamasını edib.
ABŞ Prezidenti Tramp nazirlər kabinetinin toplantısında "Türkiyənin yaxşı bir dost olmadığının ortaya çıxdığını" da söyləyib.
O, toplantıda maliyyə naziri Stiven Mnuçindən Türkiyəyə tətbiq edilən sanksiyalar ilə maraqlanıb. Mnuçin, 2 Türkiyə nazirinə sanksiya tətbiq etdiklərini, keşiş Endryu Bransonın təcili sərbəst buraxılmaması halında ABŞ-ın Türkiyəyə daha çox sanksiya tətbiq edəcəklərini bildirib.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
"Marja" xəbər verir ki, ABŞ Prezidenti Tramp, Türkiyə ilə ölkəsi arasında davam edən keşiş Brunson gərginliyi ilə bağlı sosial mediadan da açıqlama verib.
Tramp sosial mediadan etdiyi açıqlamada, "Türkiyə uzun illər ABŞ-dan istifadə etdi. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən möhtəşəm biri keşişimizi həbsdə saxlayırlar. Günahsız bir adamın sərbəst buraxılması üçün heç nə verməyəcəyik, Türkiyə ilə əlaqələrimizi azaldırıq",- İfadələrini istifadə edib.
Trampın bu açıqlamaları Türkiyə ilə ABŞ arasındakı iqtisadi, hərbi və siyasi əlaqələrin kəsilməsi mənasına gəlir.
TÜRKİYƏDƏN AÇIQLAMA
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, ABŞ ilə əlaqələrlə bağlı, "ABŞ, həqiqi dostun kim olduğunu bilmir və görmür",-ifadələrini istifadə edib.
Çavuşoğlu, "ABŞ ilə problemləri çox asan həll edə bilərik, amma ABŞ-ın indiki anlayışı ilə deyil",- deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 6 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kristal plaza Baku” restoranının fəaliyyəti məhdudlaşdırılıb
-
10 saat əvvəl
Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası
- 10 saat əvvəl
-
10 saat əvvəl
Xalq Bank növbəti dəfə irihəcmli beynəlxalq sindikat kreditləşməsi sövdələşməsində iştirak edib
-
11 saat əvvəl
Cənubi Koreyanın 4 avtomobil istehsalçısı 206 mindən çox avtomobilini geri çağırır
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl