Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Azərbaycanda 14 bankın kredit portfeli azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 14 bankın kredit portfeli azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 29-u bu il iyulun 1-nə olan vəziyyətə görə, kredit portfelinin illik dinamikası barədə məlumat verib ki, bunlardan da 15-də müsbət dinamika müşahidə edilib.

 

Bunlar "Bank Silk Vey", "NBC Bank", "Bank BTB", "Rabitəbank", "Zıraat Bank Azərbaycan", "PAŞA Bank", "Express Bank", "Günay Bank", "Bank Respublika", "Naxçıvan Bank", Pakistan Milli Bankının Bakı filialı, "Muğan Bank", "Kapital Bank", "Azər-Türk Bank" və "Nikoyl Bank"dır. Ən yüksək dinamika "Bank Silk Vey"də (45,7%), ən aşağı dinamika isə "Nikoyl Bank"da (4,8%) qeydə alınıb.

 

14 bankın isə kredit portfeli azalıb. Ən çox azalma "Bank VTB Azərbaycan"da (78,9%), ən az azalma isə "Bank Avrasiya"da (0,4%) olub.

 

1 bank - "Azərbaycan Beynəlxalq Bankı" isə kredit portfelinin dinamikasını açıqlamayıb.

 

4 BANKIN KREDİT PORTFELİ 1 MİLYARD MANATDAN ÇOXDUR


Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 3-nün kredit portfeli 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (1 675,969 milyon manat), "Xalq Bank" (1 291,369 milyon manat), "Kapital Bank"dır (1 114,481 milyon manat) və "PAŞA Bank"dır (1 037,236 milyon manat).

 

Qalan 26 bankdan 19-nun kredit portfeli 100-500 milyon manat arasında, 5 bankın kredit portfeli 10-100 milyon manat arasında, 2 bankın kredit portfeli isə 10 milyon manatdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (1,2 milyon manat) və İran Milli Bankının Bakı filialıdır (3,308 milyon manat). 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© "Renkinq"

17.08.2018 06:26

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ