Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Qubadan Yaponiyaya ixrac edir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Qubadan Yaponiyaya ixrac edir

Qubalı arıçı Əziz Ələkbərov istehsal etdiyi balı Yaponiyadan olan müştərilərə satır.


 

300 arı ailəsindən ibarət təsərrüfata sahib olan fermer artıq dörd ildir gündoğan ölkəyə müştərilərlə müqavilə əsasında bal göndərir. Yerli sahibkarlarla yaponiyalı iş adamları arasında razılaşmaya əsasən il ərzində 6-7 ton bal ixrac olunur ki, bunun da bir tonunu Əziz Ələkbərov təmin edir.

 

20 ildir arıçılıqla məşğul olan Əziz Ələkbərov təsərrüfatında bu ilin sonuncu bal süzümünü həyata keçirir. Proses müasir avadanlıqlar vasitəsilə aparıldığından itki minimuma endirilib.

 

Qubanın Susayqışlaq kəndindən olan arıçı builki məhsuldarlıqdan da razıdır. Hər arı yeşiyindən 15-20 kiloqram bal götürüb.

 

“Biz yüksək məhsuldarlıq əldə etmək üçün mövsüm boyu arıların yerini 5-6 dəfə dəyişmişik. Bu, böyük zəhmət və xərc tələb edir. Bu işi görməsən yaxşı bal götürə bilməzsən. İndi aran balını süzürük. Artıq yekunlaşmaq üzrədir. Məhsuldarlıq da bizi qane edir. Bal süzümündən sonra çiçək tozlu çərçivələri arılara verəcəyik ki, normal qışlasınlar və öz balalarını qidalandırsınlar. Bizim region üçün səciyyəvi olan Boz Qafqaz arısıdır və məhsuldarlığı ilə seçilir. Digərlərinə nisbətən bu arıların xortumu uzun olur ki, bu da bitkilərdən şirə çəkməyi asanlaşdırır”, - deyə o bildirib.

 

Arıçı əldə etdiyi balı Yaponiyadan olan müştərilərlə yanaşı, yerli bazarda da satır. Bir kiloqram balın qiyməti isə 35 manatdır. Əziz Ələkbərov deyir ki, müştəri sarıdan çətinliyi yoxdur. Keyfiyyətli balın müştərisi hər zaman çox olur.

 

Müasir texnologiyanın təkmilləşməsi sənaye avadanlıqlarına da təsirsiz ötüşməyib. Təcrübəli arıçı bildirir ki, bu, müsbət hal olsa da, bəzi saxtakarlar bundan istifadə edirlər. Belə ki, işbazlar arıçılıq məhsullarının tərkibinə müxtəlif qarışıqlar əlavə edirlər və nəticədə təmiz, təbii balı keyfiyyətsizindən ayırmaq çox çətin olur.

 

Əziz Ələkbərov alıcılara məsləhət görür ki, ancaq inandıqları, tanıdıqları arıçılardan bal alsınlar.

 

Quba rayonunda, ümumilikdə, 10 minə yaxın arı ailəsi saxlanılır. Bu il arıçılıq təsərrüfatlarından 50 tondan çox bal əldə olunub.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

17.08.2018 08:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ