Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

İxracatçıların problemlərini açıqladı - "Geosiyasi proseslər bizim ixracatçılara da təsir göstərir"

iç səhifə xəbər başlığı altı (mobil)_31
İxracatçıların problemlərini açıqladı - "Geosiyasi proseslər  bizim ixracatçılara da təsir göstərir"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovun müsahibəsi


 

Reklam_3_11

- Bu ilin yekununda Azərbaycanın qeyri-neft ixracındakı artımla bağlı proqnozlarınız necədir?

 

- 2018-ci ilin sonuna kimi proqnozlarımız kifayət qədər dinamikdir. Qeyri-neft ixracındakı artım tendensiyası davam edəcək. Bunun üçün konkret baza var. Azərbaycanda qeyri-neft məhsullarının istehsalı artır. İstehsal artıqca həm daxili bazarın ehtiyacı ödənilir, həm də ölkənin ixrac potensialı artır. Yerli sahibkarlar da ixraca böyük maraq göstərir və bu, ixracın artması üçün əsas amildir. İş adamlarının İqtisadiyyat Nazirliyinə müraciətləri, dövlət dəstəyi çərçivəsində keçirilən sərgilərdə, tədbirlərdə iştirak etmələri onu deməyə əsas verir ki, bu ilin sonuna kimi qeyri-neft ixracında müsbət dinamika qalacaq.

 

2018-ci ilin ilk 7 ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 14% artıb. Bu rəqəmin ilin sonuna qədər konkret neçə olacağını demək istəməzdim, amma kifayət qədər müsbət dinamika olacaq. Kənd təsərrüfatı məhsullarının ixrac mövsümü başlayıb və davam edir. Aqrar sektorun hesabına da kifayət qədər artım olacaq.

 

- Azərbaycanın qeyri-neft sektorunun məhsulları, o cümlədən meyvə-tərəvəzi əsasən Rusiya bazarına çıxarılır. Digər ölkələrə ixracın artırılması ilə bağlı hansı işlər görülür?

 

- Rusiya daxil olmaqla MDB ölkələri, eləcə də Türkiyə Azərbaycan üçün ənənəvi bazarlardır. Bu ölkələrə həmişə məhsul ixracı həyata keçirilib və indi də davam edir, genişləndirilir. Avropa İttifaqı (Aİ) və Yaxın Şərq, o cümlədən Körfəz ölkələri, eləcə də Çin isə Azərbaycan üçün yeni bazarlardır. Bu ilin sonuna qədər 5 ölkədə ticarət və şərab evlərimiz açılacaq. Belə ki, Polşada, BƏƏ-də, Qazaxıstanda ticarət evlərinin, Rusiyanın paytaxtı Moskvada və Çinin Şanxay şəhərində isə şərab evlərinin açılması nəzərdə tutulub. Həmçinin Çinin digər şəhərlərində ticarət evlərinin açılmasını planlaşdırırıq. Çünki bu ölkə kifayət qədər böyük bir bazardır. Burada uğurla təmsil olunmaq, ixracı artırmaq üçün böyük şəhərlərlə əyalətlərlə də əlaqələri genişləndirmək lazımdır. Hazırda mütamadi olaraq Çindən böyük alıcı şirkətləri qəbul edirik, istehsalçılarla əlaqələndiririk, bunun nəticəsində konkret müqavilələr bağlanılır.

 

Bununla yanaşı, Aİ ölkələrinə, eləcə də Yaxın Şərq, xüsusilə də Körfəz ölkələrinə ixracın artırılması istiqamətində işlər görülür. Hazırda Azərbaycan məhsulları Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistan kimi ölkələrdə satılır. Həmin istiqamətlərdə ixracı daha da genişləndirmək istəyirik. Həmçinin yerli məhsulları üçün əlavə yeni bazarlar formalaşmaqdadır. Məsələn, ötən il Azərbaycanda yetişdirilən almalar nəninki Maldiv adalarına, Malaziyaya da ixrac olunmuşdu. Bunlar yeni bazarlardır. Həmin ölkələrə ixrar yerli istehsalçıların təşkil etdiyimiz tədbirlərdə - sərgilərdə vahid ölkə stendində iştirakı etmələri və bağladıqları müqavilələr hesabına mümkün olur.

 

- Bu gün Azərbaycan ixracatçılarının qarşısında duran əsas problemlər nədir?

 

- Əsas problemlər dünya bazarında baş verən proseslərlə bağlıdır. Rəqabət getdikcə güclənir və Azərbaycan məhsulları rəqabətqabiliyyətli olmalıdırlar. Yəni, bunu təmin etmək lazımdır. Eyni zamanda, müxtəlif ölkələrin tətbiq etdiyi yeni tələblər və prosedurlar var ki, onlarla ixracatçılarımız da üzləşirlər. Bunun üçün İqtisadiyyat Nazirliyi mütamadi olaraq bütün prosesləri izləyir və ixracatçıları məlumatlandırır. Hətta, bəzən geosiyasi proseslər də bizim ixracatçılara təsir göstərir. Amma istənilən halda prespektivləri kifayət qədər müsbət görürük. Əsas məsədimiz ixracatçılara əməli dəstək göstərməkdir. Onların xarici bazarlara çıxışını asanlaşdırmalıyıq, müəyyən bürokratik prosedurlardan daha tez keçmələri istiqamətində işlər görməliyik və görürük. Söhbət təkcə Azərbaycandan getmir. Xarici bazarlarda ixracatçılar bürokratik əngəllərlə üzləşirlər və bununla bağlı müxtəlif dövlətlərlə danışıqlar aparaq. Bütün bunlar sonda nəticəsini verir. 

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Report

17.08.2018 08:30

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ