Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Bu kənddə dincəlmək istəyənlərin sayı artır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bu kənddə dincəlmək istəyənlərin sayı artır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İsti yay günlərində Goranboyun Aşağı Ağcakənd qəsəbəsində dincəlmək istəyənlərin sayı hər il artır. Burada turistlərin mənalı istirahəti üçün hər cür şərait yaradılıb.

 

Reklam_3_11

Rayona üz tutanlar respublika turizm marşrutuna daxil olan əsas 3 istiqamət üzrə hərəkət edirlər.

 

Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsi Murovdağın ətəyində yerləşir. Bu dağın zirvəsindən gələn Qaraçay çayı qəsəbəni iki yerə bölür. Bu yerlərin səfasını gur çayları ilə yanaşı, təmiz havası, sərin bulaqları, sıx meşələri və ən əsası başı qarlı dağları daha da artırır. Bir sözlə, təbiət Ağcakənddən heç bir gözəlliyini əsirgəməyib. Elə turistlərin diqqətini də cəlb edən budur.

 

Ağcakəndin istirahət mərkəzlərində bölgənin mətbəxi, mədəniyyəti, adət-ənənəsi, məşğuliyyəti də qonaqlara geniş təqdim olunur. Milli geyimli xanımlar ekoloji cəhətdən təmiz olan qida məhsullarından elə turistlərin gözü qarşısında nehrə çalxalayır, pendir tutur, yuxa yayırlar. Üstəlik əvvəllər məişətdə işlənilən qədim əşyaların, min bir naxışlı xalçaların təqdimatı da turistləri heyran edir. Bütün bunlar isə ölkəmizdə sahibkarlığın inkişafına yaradılan dövlət qayğısının nəticəsidir.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Murovdağın ətəyində, Qaraçayın sağ və sol sahillərində sağlamlıq kompleksləri, istirahət mərkəzləri fəaliyyət göstərir. İndi gün ərzində burada 180 ailə dincələ bilər. Goranboyun Ağcakənd qəsəbəsinin turizm potensialını statistika da yaxşı nümayiş etdirir. Ötən il bura 30 minə yaxın turist gəlib ki, onların da çoxu xarici ölkə vətəndaşlarıdır.

 

Bu mövsüm isə turistlərin sayı daha çoxdur. Gələcəkdə rayonun turizm potensialından maksimum istifadə olunması üçün yeni layihələr reallaşdırılacaq.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN\

 

© Azərtac

17.08.2018 08:52

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ