Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Yarım ildə xaricdən avtomobil alışına 36 milyon dollar ödənilib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yarım ildə xaricdən avtomobil alışına 36 milyon dollar ödənilib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

2018-ci ilin I yarısında Azərbaycana 16 milyon 71 min dollar dəyərində yük avtomobilləri idxal olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2,4 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.


Hesabat dövründə respublikaya 978 ədəd yük avtomobili (artım 2,4 dəfə) idxal olunub.

Reklam_3_11


Bundan başqa, cari ilin yanvar-iyun aylarında 4 milyon 72 min dollar dəyərində avtobus idxal olunub ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 2,6% azdır. Hesabat dövründə ölkəyə 60 ədəd avtobus (artım 9,1%) gətirilib.

 

Hesabat dövründə Azərbaycana 8465 min ədəd minik avtomobili idxal olunub ki, bu da ötən ilin yanvar-iyun aylarının göstəricisindən 2,9 dəfə çoxdur. Ölkəyə 14 milyon 42 min dollar dəyərində (artım 2,2 dəfə) minik avtomobilləri gətirilib. 

 

6 ay ərzində cəmi avtomobil idxalına 35 milyon 850 min dollar ödənilib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© İnterfaks-Azərbaycan

17.08.2018 13:30

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ