Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Tramp 92 milyon dollara parad keçirəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp 92 milyon dollara parad keçirəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Donald Trampın Vaşinqtonda keçirmək istədiyi hərbi parad ölkə büdcəsinə 92 milyon dollara başa gələ bilər ki, bu da əvvəlcə nəzərdə tutulan məbləğdən 80 milyon dollar çoxdur. İlin əvvəlində paradın keçirilməsinə 12 milyon dollar xərclənəcəyi bildirilirdi.

 

Reklam_3_11

TASS informasiya agentliyi xəbər verir ki, parada 5-7 min hərbçi, habelə hərbi nəqliyyat və aviasiya cəlb olunacaq. Bu məqsədlə Pentaqonun büdcəsindən 50 milyon dollar, Daxili Təhlükəsizlik Nazirliyinin büdcəsindən isə 42 milyon dollar götürüləcəyi ehtimal olunur. Lakin Pentaqonun rəhbəri Ceyms Mettis həmin məbləği təsdiqləməyib və paradın büdcəsinə yenidən baxıla bilər.

 

ABC telekanalı bu məbləğin ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinə çəkilən xərcləri 6 dəfə üstələdiyini qeyd edir. Halbuki Donald Tramp 14 milyon dollara başa gələcək həmin təlimlərin “həddən artıq bahalı” və “təxribat xarakterli” olduğunu əsas gətirərək onları təxirə salmışdı.

 

Qeyd edək ki, ABŞ paytaxtında hərbi parad sonuncu dəfə 1991-ci ildə Fars körfəzi müharibəsində qələbə şərəfinə keçirilmişdi. 200 minə yaxın tamaşaçının izlədiyi həmin parada 8 min hərbçi və hərbi əməliyyatlarda iştirak edən texnika, həmçinin aviasiya qatılmışdı.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Azərtac

17.08.2018 13:38

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ