Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan islam maliyyələşməsi üzrə konfransa ev sahibliyi edəcək

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan islam maliyyələşməsi üzrə konfransa ev sahibliyi edəcək
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Bu il Azərbaycanda islam maliyyələşdirilməsinə dair beynəlxalq konfrans keçiriləcək. 

 

Bu barədə “Al-Huda” İslam Bankçılığı və İqtisadiyyatı Mərkəzi (Al-Huda Centre of Islamic Banking and Economics – CIBE) məlumat yayıb.

 

Məlumata görə, “Al-Huda” mart ayından etibarən Afrika və Mərkəzi Asiya ölkələrində islam maliyyələşdirilməsi ilə bağlı tədbirlərə başlayacaq. Martda Tanzaniyada start götürəcək tədbirlər ümumilikdə 8 Afrika və 5 Mərkəzi Asiya ölkəsini əhatə edəcək. Bu çərçivədə cari ilin aprelində Qazaxıstanda islam maliyyələşdirilməsi ilə bağlı təlimlərin keçirilməsi planlaşdırılır. 

 

“Roadshow” adlanan silsilə konfranslar çərçivəsində neft qiymətlərinin ucuzlaşması, “ərəb baharı”, islam bankçılığı və maliyyələşməsi sahəsində trendlər və problemlər müzakirə ediləcək. Mərkəzi Asiya ölkələri sırasında Qazaxıstanla yanaşı Tacikistan, Özbəkistan, Qırğızıstan və Azərbaycanın da adı yer alıb. Qeyd edək ki, Azərbaycanda keçiriləcək tədbirin vaxtı hələ müəyyənləşdirilməyib.

 

Məlumata görə, bu il islam maliyyələşməsinin həcmi 17,39% artırılaraq 2,3 trln. dollardan 2,7 trln. dollara çatdırılacaq.

 

© Report

10.02.2017 15:13

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ