Tramp Türkiyəni pis hədələdi - "NƏ OLACAĞINI GÖRƏCƏYİK"

 Tramp, "Bizim insanımızı bizdən ala bilməzlər, ona görə nə olacağını görəcəyik" ifadələrini istifadə edib.



 
ABŞ Prezidenti Donald Tramp, keşiş Endryu Bransonu həbs etdiyinə və sərbəst buraxmadığına görə Türkiyəyəni bir daha hədələdi.

 

"Marja" xəbər verir ki, Tramp, "Bizim insanımızı bizdən ala bilməzlər, ona görə nə olacağını görəcəyik. Çox uzun müddət əvvəl geri verməliydilər. Məncə, Türkiyə çox çox pis davrandı. Daha bu iş bitmədi. Oturub bunu qəbul etməyəcəyik, ona görə nə olacağını görəcəyik" şəklində danışıb.


 
1 GÜNƏ KREDİT ALIN!

 

Keşiş Brunsonun vəkili onun azad edilməsi üçün 3-cü dəfə məhkəməyə müraciət etmiş, məhkəmə müraciətləri rədd etmişdir.
 


Tramp dünən də "Twitter"dən keşiş Endryu Bransonın həbsdə qalmasını tənqid etmiş və Türkiyə ilə münasibətləri azaldılacaqlarını demişdi.


 
"Türkiyə uzun illər ABŞ-dan istifadə etdi. İndi, ölkəmizi böyük bir vətənpərvər olaraq təmsil edən və möhtəşəm biri olan keşiş Bransonu həbsdə saxlayırlar. Günahsız bir adamın sərbəst buraxılması üçün heç nə verməyəcəyik, güzəştə getməyəcəyik. Əksinə, Türkiyə ilə münasibətlərimizi azaldırıq",- ABŞ Prezidenti, yazmışdı.

 

Dünən və bu gün ABŞ-dan gələn açıqlamalar ilə əlaqədar olaraq Dollar yenidən 6 lirədən bahadır.

17 Avqust 2018 , 21:43   
Saatın ən çox oxunan xəbərlərini bilmək istəyirsən ?
REKLAM
DİGƏR XƏBƏRLƏR
Eurohome
Copyright © 2012-2017 Marja-Biznes və Maliyyə Xəbərləri Agentliyi. Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad verilməlidir. Əlaqə: (+99412)437-84-44,(+99470)231-45-70, (+99450)309-44-14, [email protected]

İqtisadiyyat ilə bağlı ən son xəbərləri rəsmi Facebook səhifəmizdən də izləyin