Beynəlxalq kredit reytinqi agentliyi "Fitch Ratings", Türkiyənin həyata keçirdiyi tədbirlərin etibarı bərpa etmək üçün yetərsiz olduğunu bildirib.
"Marja" "Fitch"dən verilən açıqlamaya istinadən xəbər verir ki, Agentlik, Türk lirəsinin dəyərdən düşməsinin - siyasətə inamın artıması, mərkəzi bankın müstəqilliyi və daha yavaş iqtisadi artıma keçid ilə dayandırıla bilinəcəyini qeyd edib. Beləliklə, TL-nin daha sabit pul vahidi halına gələcəyi vurğulanıb.
"Fitch", ötən gün Qətərin Türkiyəyə 15 milyard dollar birbaşa investisiya edəcəyi xəbərinin Lirənin dəyər qazanmasını təmin etdiyini, ancaq, investisiya qoyuluşunun vaxtının və detallarının hələ açıqlanmadığını qeyd edib.
Türkiyənin qlobal maliyyə bazarlarında risklərə məruz qalmasına yüksək inflyasiyanın və cari kəsir rəqəmlərinin səbəb olduğu qeyd edilib.
"Ficth Ratings" 13 İyulda Türkiyənin kredit reytinqini "BB+"dan "BB"yə endirmiş, proqnozunu isə "sabitdən" "mənfi"yə çevirmişdi.