Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb

Azərbaycanda istirahət gününə olan hava proqnozu açıqlanıb. 

 

Reklam_3_11

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclü şimal-qərb küləyi əsəcək, axşama doğru mülayimləşəcək.

 

Havanın temperaturu Abşeronda gecə 22-24°, gündüz 25-29°, Bakıda gecə 22-24°, gündüz 26-28° isti təşkil edəcək.

 

Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

 

Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

 

Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) arabir güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyyatlı olsunlar.

 

Tibbi-meteoroloji proqnoz görə, avqustun 19-da Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun iqlin norması daxilində olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

 

Havanın temperaturu gecə 19-24°, gündüz 25-30° isti, dağlarda gecə 10-15°, gündüz 16-21° isti təşkil edəcək. 

18.08.2018 10:46

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ