Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Tovuzlu iş adamları ilə keçirilən görüş səmərəli olub

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tovuzlu iş adamları ilə keçirilən görüş səmərəli olub
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 

Rayon İcrah Hakimiyyətindən verilən məlumata görə, Tovuza sərmayə qoymaq istəyənlərin sayı ildən-ilə artır. Məhz bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində rayon iqtisadiyyatına 12 milyon 898 min manat investisiya qoyulmuşdur ki, bunun da 8 milyon 353 min manatı özəl sərmayədir. Rayon iqtisadiyyatına özəl sərmayənin cəlb olunması məqsədilə bu yaxınlarda rayondan kənarda yaşayan və fəaliyyət göstərən tovuzlu iş adamları ilə keçirilən görüş səmərəli olmuşdur. İş adamları rayon iqtisadiyyatı ilə yaxından tanış olmuş, o cümlədən kənd təsərrüfatının bir sıra istiqamətləri ilə maraqlanmış, mövcud potensialı dəyərləndirərək müxtəlif təkliflərlə çıxış etmiş, rayonda müxtəlif sahələr üzrə iş qurmaq marağında olduqlarını bildirmişlər. 

Reklam_3_11

 

Cari ilin ötən dövrü ərzində sahibkarlara göstərilən diqqət və qayğı nəticəsində bir neçə istehsal sahəsi fəaliyyətə başlamışdır. Belə ki, altı ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə hüquqi və fiziki şəxslərə 27 layihə üzrə 4 milyon 195 min manat güzəştli kredit verilmişdir. Nəticədə 156 yeni iş yeri açılmışdır.

 

RAYONDA AQROPARK TİKİLİR

 

Kənd təsərrüfatının inkişafında aqroparkların böyük rolu var. Tikintisi davam edən aqroparklardan biri də Tovuz rayonundadır. Artıq burada son tamamlama işləri görülür. Aqropark fəaliyyətə başlayanda burada 100 nəfərdən artıq insan daimi işlə təmin olunacaqdır. 

 

POMİDOR YAXŞI GƏLİR GƏTİRİB


Hazırda respublikamızın ixrac potensialında pomidor birinci yerdə dayanır. Bu sahədə qazanılan uğurlar rayondakı istixana sahiblərinin marağını xeyli artırmışdır. Onlar bu mövsümdə də bol məhsul yetişdirmiş və xarici bazarlara yüksək keyfiyyətli pomidor ixrac etmişlər. Rayon ərazisində 38,4 hektar istixana fəaliyyət göstərir. Yarım ildə bu istixanalarda 2 min 542 ton məhsul yetişdirilmişdir ki, bundan da 3 milyon 813 min manat gəlir götürülmüşdür.


ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

Rayonda daha çox gəlir gətirən sahələrə diqqət yetirilir. Məsələn, kəndli təsərrüfatlarında 390 hektar sahədə yerkökü əkilərək 8 min 636 ton məhsul götürülmüşdür ki, bundan da 3 milyon 500 min manat gəlir əldə edilmişdir. 

19.08.2018 06:04

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ