Türkiyədə "iqtisadi çevrilişə" cəhd edilib- "Oyununuzu gördük və meydan oxuyuruq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ədalət və İnkişaf Partiyasının (AK Parti) Konqresində çıxış edib. "Marja" Ərdoğanın çıxışından bəzi hissələri təqdim edir:
"Kimlərsə bizi guya iqtisadiyyat, sanksiya, valyuta məzənnələri, inflyasiya, faizlə təhdid edir. Onlara deyirik ki oyununuzu gördük və meydan oxuyuruq.
ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN
Bilirik ki, iman varsa, imkan da var. Millətimiz bu günə qədər nə qədər xəyanətləri, nə qədər tələləri həmişə imanı ilə boğub. Dünyanı var-yoxdan çıxararaq özlərinə rifah yaradanlara boyun əymədik, əyməyəcəyik.
Həm cəsarəti, həm ağlı olan bu millətin qarşısında duracaq heç bir fani güc tanımırıq. Heç kim bu millətlə, bu ölkəylə oynamağa qalxmasın. "Ya olacağıq, ya öləcəyik" deyərək hədəflərimizə doğru yeriyən bir millətik.
İQTİSADİ ÇEVRİLİŞƏ CƏHD ETDİLƏR
Bir daha deyirik; Bacarmayacaqsınız, millətimizi bölə bilməyəcəksiniz, azanlarımızı sdura bilməyəcəksiniz, bayrağımızı endirə bilməyəcəksiniz, dövlətimizi yıxa bilməyəcəksiniz, Türkiyənin yüksəlişini dayandıra bilməyəcəksiniz, hədəflərimizə nail olmamıza əngəl ola bilməyəcəksiniz. Çünki biz Türkiyə, çünki biz Türk millətləriyik, çünki biz Müsəlmanıq, çünki biz bəşəriyyətin ortaq səsi və vicdanıyıq.
Kənardan qurduqları tələlər kifayət etmədi, içəridəki xəyanət mərkəzlərini hərəkətə keçirdilər. Dövlət çevrilişi etməyə çalışdılar. Məzənnəni, valyutaları, faizi istifadə edərək iqtisadi çevriliş etməyə cəhd etdilər".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək
-
6 saat əvvəl
Kənd təsərrüfatında ən premium brend sayılan FENDT nəhayət Azərbaycanda
- 6 saat əvvəl
-
7 saat əvvəl
"CulTech İnkubasiya Proqramı"-nın “Demoday” tədbiri keçirildi
- 7 saat əvvəl
-
9 saat əvvəl
COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar vergi güzəştləri müəyyənləşir
- 10 saat əvvəl
-
10 saat əvvəl
Hərbi xidmətdən yayınmanı təşkil edən şirkət direktoru barəsində cinayət işinin istintaqı tamamlanıb
-
10 saat əvvəl
Azərbaycan Sahibkarlar Konfederasiyasında yeni kadr təyinatı olub
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Azərbaycanda elektron siqaretdən istifadənin qadağan olunması təklif edilir