Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

ABŞ Prezidenti Trampdan yeni Suriya açıqlaması

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ Prezidenti Trampdan yeni Suriya açıqlaması

ABŞ Prezidenti Donald Tramp, Suriyada sabitliyin təmin olunmasına dair sosial media saytı "Twitter" üzərindən açıqlamalar verib. "Marja" xəbər verir ki, Tramp açıqlamasında bu ifadələrə yer verib:
 

"ABŞ, Suriyayanın inkişafı üçün 230 milyon dollarlıq ödənişi etməyəcək. Bu, absurddur. ABŞ yerinə Səudiyyə Ərəbistanı və Yaxın Şərqdəki digər zəngin ölkələr ödəmə etməyə başlayacaq. ABŞ-ın, ordumuzun və bizə kömək edən digər ölkələrin inkişaf etməsini istəyirəm!"

 

ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü Heather Nauert bildirib ki, Suriyada İŞİD-dən azad edilmiş ərazilərdə yenidən sabitliyin təmin olunması üçün daha əvvəl verilməsi vəd edilən 230 milyon dollar başqa yerlərə köçürüləcək.
 

Sözçü Nauert, "Bu vəsait ABŞ-ın digər xarici siyasət prioritetlərinə xərclənəcəkdir",- ifadəsini işlədib.
 

Mart ayının sonunda, ABŞ Prezidenti Donald Trampın, Xarici İşlər Nazirliyinə, Suriyada ABŞ-ın rəhbərlik etdiyi İŞİD əleyhinə beynəlxalq koalisiyanın dəstəyi ilə terror təşkilatı YPG/PKK-nın nəzarət etdiyi sahələrin yenidən inşası üçün ayrılan 200 milyon dollardan artıq yardımın dondurulması göstərişi verdiyi bildirilmişdi.
 
 

19.08.2018 07:59

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ