Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanın Çində populyar olan məhsulları - "VƏTƏNİ ÇİN OLSA DA,... "

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanın Çində populyar olan məhsulları - "VƏTƏNİ ÇİN OLSA DA,... "
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Cari ilin sonunadək Azərbaycan Çində iki şərab evi və bir pavilyon açacaq. Bu barədə  Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu bildirib.

 

Reklam_3_11

Onun sözlərinə görə, bu, Çinin həcmli istehlak bazarında Azərbaycan istehsallın fəal təşviqinə imkan verəcək və ölkələrimiz arasında əmtəə dövriyyəsinin səviyyəsinə müsbət təsir göstərəcək: "Çində birdən-birə iki şərab evinin açılması iki ölkə arasında bu növ məhsulların ticarətinin səviyyəsini yaxşılaşdırmağa, o cümlədən "Made in Azerbaijan" brendinin Çin bazarında irəliləməsinə imkan verəcək".

 

R.Nadiroğlu qeyd edib ki, Azərbaycanın şərab məhsulları ilə yanaşı, Çində nar şirələri, kompotlar, cem, həmçinin çay məhsulları çox populyardır: "Çayın vətəni Çin olsa da, çinliləri Azərbaycanın qara çay növləri maraqlandırır. Bu gün Azərbaycandan çay ixracının həcmi böyük deyil, lakin çinli idxalçıların və istehlakçıların marağını bizim məhsulların bu növünə artırmaq üzərində işləyirik".

 

Ticarət nümayəndəsinin sözlərinə görə, yeni Azərbaycan pavilyonunda yalnız yerli məhsullar və mallar deyil, həmçinin Azərbaycan mədəniyyəti, turizm potensialı və digərləri təqdim olunacaq:

 

"Gələcəkdə orada müxtəlif tədbirlər, həmçinin biznes və mədəniyyət sahəsində sərgilər keçiriləcək. Ümumilikdə, bizim Çindəki nümayəndəliyimiz yalnız ixracın təşviqi ilə deyil, həm də Çin investisiyalarının Azərbaycana cəlb edilməsi ilə məşğul olur. İki ölkənin dövlət başçıları ticari-iqtisadi münasibətlərin dinamik inkişafına böyük diqqət ayırır. Eyni zamanda bizim gördüyümüz işlər nəticəsində Çində Azərbaycan məhsullarına və ümumiyyətlə Azərbaycana müəyyən maraq var".

 

Xatırladaq ki, Azərbaycanın şərab evlərindən biri bu ilin noyabr ayında Beynəlxalq İdxal Sərgisi çərçivəsində Şanxayda açılacaq.

 

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, ötən il Azərbaycanla Çin arasında əmtəə dövriyyəsi təxminən 1,3 milyard dollar təşkil edib. Bu, 2016-cı ilin göstəricisi ilə müqayisədə 33 faiz çoxdur. İxrac bir il ərzində 63,75 faiz artaraq 443,8 milyon dollar, idxal isə 21,4 faiz artaraq 854,5 milyon dollar təşkil edib.

 

ONLAYN MÜRACİƏT EDİN VƏ 1 GÜNƏ MANAT KREDİTİ ALIN

 

© Trend

20.08.2018 05:50

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ