Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Zaqataladakı seldən sonra “ulduz” İnam Kərimovun səsi çıxmadı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Zaqataladakı seldən sonra “ulduz” İnam Kərimovun səsi çıxmadı

Türkiyədə sığorta sistemi Azərbaycan ilə müqayisədə yüksək inkişaf etsə də, ölkənin Kənd Təsərrüfatı Nazirliyi Orduda baş vermiş sel nəticəsində fermerlərin zərərinin dövlət tərəfindən ödəniləcəyini açıqladı.

 

Reklam_3_11

Həmçinin, Türkiyənin kənd təsərrüfatı naziri Bekir Pakdemirli təbii fəlakətin baş verdiyi rayona gedərək fermerlər ilə görüşdü. Onların narahatlığını azaldan nazir, sığortası olmayan fermerlərin zərərinin dövlət tərəfindən ödəniləcəyini şəxsən təkrarladı. Nazir, Ordudakı sel fəlakətindən əziyyət çəkən fermerlərin kredit borclarının rayon idarələrinə müraciətləri halında təxirə salınacağını da dedi. Həmçinin Bekir Pakdemirli, ziyan görən əksər fındıq bağlarının və bostanların kənd təsərrüfatı sığortası çərçivəsində sığortalı olduğunu və təzminatın ən qısa müddətdə ödəniləcəyi qeyd etdi.

 

Bir neçə gün öncə Azərbaycanda Zaqatalada da güclü sel nəticəsində fermerlərə ziyan dəydi. Verilən məlumata görə, bir neçə kənddə fındıq bağları ziyan görüb. Selin gətirdiyi lil nəticəsində fındıq bağlarına girmək mümkün olmayıb və xeyli məhsul itirilib. Həmçinin, lilin tutduğu bağlarda ağacıların tezliklə quruyacağı, ən azı torpaqdan 10 il istifadə etməyin çətin olacağı bildirilir. Əhalinin tərəvəz və bostan bağları da məhv olub.

 

HƏMÇİNİN OXU: Fındıq bağları suyun altında qalıb, lildən məhsul yığmaq mümkün deyil

 

Seldən sonra, mətbuatın ulduzuna çevrilmiş kənd təsərrüfatı naziri İnam Kərimovun səsi çıxmadı. Kənd Təsərrüfatı Nazirliyi fermerlərə dəstəyin veriləcəyi barədə bir məlumat yaymadı. Əgər yeni nazir kənd təsərrüfatının inkişafını istəyirsə, seldən dərhal sonra təbii fəlakət bölgəsinə gedə və fermerlərə dəstək mesajları verə bilərdi. Mətbuatda nazirin və Kənd Təsərrüfatı Nazirliyinin bu istiqamətdə addımlar atdığı barədə məlumatlara rast gəlmədik. Oxuyan varsa bizə də məlumat versin. Xəbərlərdə, Fövqəladə Hallar Nazirliyinin əhaliyə etdiyi köməkdən bəhs edən informasiyalar verildi. Adi bir görüşü xəbərə çevirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti “Kəndbəkənd” layihəsi çərçivəsində də bir video-məlumat yaymadı. Əgər, həqiqətən Kənd Təsərrüfatı Nazirliyi zaqatalalı fermerlərə kömək edibsə və bu barədə məlumat yaymayıbsa səhv edilib. Bu kömək ilə bütün fermerlərə dövlətin onların yanında olduğu mesajı verilə bilərdi. 

 

İctimaiyyətdə, İnam Kərimovun quzu ilə şəkillərindən daha çox, nazirin lilin içində fermerlər ilə görüşündən çəkilmiş fotolar təsirli ola bilərdi. Fermer dəstəyi həqiqi olaraq hiss etməlidir. Bu dəstək maddi olmaqla bərabər, mənəvi də olmalıdır.

 

Rəsmi qurumlar azı 5 ildir Türkiyənin aqrar sığorta sistemi olan TARSİM təcrübəsinin öyrənildiyini və tezliklə Azərbaycanda tətbiq ediləcəyini bildirirlər. Lakin hələ də bunu bacara bilməyiblər. Əgər effektli sığorta mexanizmi yoxdursa, fermer dövlətdən kömək gözləməkdə haqlıdır.

 

© Marja.az 

20.08.2018 12:57

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ