Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Qala Həyat” sığorta 7 aylıq hesabatını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Qala Həyat” sığorta 7 aylıq hesabatını açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın həyat sığortası xidmətləri üzrə ixtisaslaşmış şirkəti olan “Qala Həyat” sığorta 2018-ci ilin yanvar-iyul ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.

 

Reklam_3_11

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən "Marja"ya verilən məlumata görə, operativ məlumatlar əsasında hazırlanmış hesabata əsasən “Qala Həyat” sığorta şirkəti tərəfindən cari ilin yanvar-iyul ayları ərzində könüllü və icbari sığorta növləri üzrə ümumilikdə 9 096 394 manat həcmində sığorta haqqı toplanılıb.

 

Bununla yanaşı, hesabat dövründə şirkət tərəfindən müxtəlif sığorta hadisələri üzrə verilən ödənişlərin həcmi də açıqlanıb. Belə ki, qeyd olunan dövrdə baş vermiş sığorta hadisələri üzrə şirkət tərəfindən 10 460 184 manat həcmində sığorta ödənişi həyata keçirilib. Ödənişlər müvafiq qanunvericiliyin tələbinə uyğun olaraq vaxtında və operativ qaydada həyata keçirilib.

 

Qeyd edək ki, “Qala Həyat” şirkəti müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.    

 

Xatırladaq ki, Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 12,870 mln. manat təşkil edib. 

20.08.2018 10:54

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ