Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

Lüks avtomobillər bahalaşan benzin ilə ucuzlaşa bilər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lüks avtomobillər bahalaşan benzin ilə ucuzlaşa bilər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Ötən gün Azərbaycanda “Premium Euro-95” və “Super Euro-98” markalı avtomobil benzinin qiyməti bahalaşıb. Belə ki, artıq “Premium Euro-95” markalı benzin 1 manat 50 qəpik olub. “Super Euro-98” markalı avtomobil benzinin qiyməti isə bahalaşaraq 1 manat 60 qəpik olub. Bəs görəsən benzinin qiymətinin artmasının avtomobillərin qiymətinə hansısa təsiri olacaqmı?

 

Reklam_3_11

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycana idxal olunur.

 

“Azərbaycanda  Tarif Şurası tərəfindən yalnız Aİ-92 markalı benzinin qiyməti tənzimlənir, digər benzinlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Həmin benzinlər ölkəyə sahibkarlar tərəfindən gətirilir. Sahibkarlar həmin benzinin qiymətini müəyyənləşdirirlər.

 

Ekspertin sözlərinə görə, ölkədə benzin istehlakının 90 faizindən çoxunu Aİ-92 markalı benzin təşkil edir.

 

“Aİ-95 və Aİ-98 markalı benzinlər təxminən istehlakın 7 faizini təşkil edir ki, bu da birbaşa vətəndaşlarımızın Aİ-92 markalı benzindən istifadəsi ilə bağlıdır. 

 

Aİ-92 və Aİ-95 markalı benzinlərin qiymətlərinin artması nisbətən bahalı avtomobillərin, lüks avtomobillərin və bəzi yeni avtomobillərin xərcini artıracaq. Təbii ki, digər avtomobillər də var, onlar Aİ-95 markalı benzinlə çalışır. Amma aparılan monitorinqlər göstərir ki, Azərbaycanda əsasən bahalı avtomobillərdə Aİ-95 markalı benzindən istifadə edilir. Ona görə ehtimal olunur ki, Aİ-95 və Aİ-98 markalı benzinlərin qiymətinin artması bahalı avtomobillərin ucuzlaşmasına səbəb olacaq. Çünki bu, bahalı avtomobillərə tələbin azalmasına gətirib çıxaracaq. Son zamanlar avtomobil bazarında qiymətlərin stabilləşməsi müşahidə olunurdu, bu da avtomobil bazarında olan durğunluqla bağlı idi. Amma Aİ-95 markalı benzinin qiymətinin bahalaşması bu benzindən istifadə edən avtomobillərin ucuzlaşmasına gətirib çıxaracaq. Amma kəskin ucuzlaşmasmanın olması gözləilmir”.

 

V.Bayramov deyib ki, Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni zavod inşa edilir.

 

“İnşa edilən bu zavodda “Avro 5” standartlarına cavab verən benzinin istehsal olunacağı gözlənilir. Həmin istehsal olunacaq benzinin xərci nə qədər olacaq,  hansı qiymətlə daxil olunacağını indidən proqnozlaşdırmaq çətindir”.

 

PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!

 

© Modern

20.08.2018 11:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ