Ən yuxarı statik reklam-3_3

Mağazaların telefon idxalı artdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Mağazaların telefon idxalı artdı

Bu ilin I yarısında Azərbaycana 363,1 min ədəd mobil telefon və smartfon gətirilib. Bu, 2017-ci ilin analoji dövrünün göstəricisindən 18,4 faiz çoxdur.

 

Bu barədə Dövlət Statistika Komitəsində məlumat verilib.

 

Simsiz rabitə vasitələri əsasən Çin (268,7 min), Vyetnam (91,7 min) və Hindistandan (2 min) alınıb.

 

Telefonların idxalına görə istehsalçıların rəsmi nümayəndələri və fiziki şəxslər altı ay ərzində 34 milyon 88 min ABŞ dolları xərcləyib. Bu, ötən ildəkindən 6,7 milyon dollar və ya 24,5 faiz çoxdur.

 

Bu il mobil telefonların orta qiyməti 83,8 dollar olub. Bu, keçən ilə nisbətən  5,4  dollar azdır.

 

Xatırladaq ki, 2017-ci ildə 819.3 min ədəd mobil telefon və smartfon idxal edilib. Leqal idxal yüksək səviyyədə olsa da, cib telefonları Azərbaycana ən çox yayılmış qaçaqmalçılıq məhsuludur.

 


PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

 

© Turan

20.08.2018 12:50

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ