Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlətimizin borcu 16 milyardı aşdı - 414 MİLYONLUQ ARTIM

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlətimizin borcu 16 milyardı aşdı - 414 MİLYONLUQ ARTIM
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

01 aprel 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 642.9 milyon ABŞ dolları (16 milyard 392.9 milyon manat) təşkil edib. Bu məbləğ, 01 Yanvar 2018-ci il tarixi ilə müqayisədə dollar ilə ifadədə 244,6 milyon dollar, Manat ilə ifadədə isə 414,8 milyon manat çoxdur. 

 

Reklam_3_11

"Marja" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 22.0 faiz (2018-ci il üçün hesablanmış 74 milyard 646.90 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdir. Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanətilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilmişdir.

 

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

01 yanvar 2018-ci il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları (15 milyard 978.1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti isə 22.8 faiz (2017-ci il üçün hesablanmış 70 milyard 135.1 milyon manat ÜDM-ə nisbətdə) təşkil etmişdi. 

20.08.2018 13:02

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ