Mobil manşet üstü reklam-3_21

“FİNOKO”nun mənfəəti 10 dəfəyə yaxın azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“FİNOKO”nun mənfəəti 10 dəfəyə yaxın azalıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rəqibini satın almış “FİNOKO”un kəskin artan xərcləri xalis mənfəətini azaldıb.


 

“FİNOKO” BOKT ASC 2017-ci ili 26 min 480 min manat xalis mənfəətlə başa vurub.

 

“Marja” ASC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2016-cı illə müqayisədə “FİNOKO”nun xalis mənfəəti 8,5 dəfə azalıb. Şirkət 2016-cı ili 226 min 791 manat xalis mənfəətlə bağlamışdı. Xalis mənfəətin düşməsinin səbəbi xərclərin artmasıdır.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

FAİZ GƏLİRİNİN BÖYÜK HİSSƏSİNİ XƏRCLƏR SİLİB

 

Ötən il 2016-cı illə müqayisədə “FİNOKO”nun faiz gəlirləri 9,2% artaraq 2 milyon 587 min manata qalxıb. Faiz xərcləri, inzibati və digər əməliyyat xərcləri kəsin artdığından vergidən əvvəlki mənfəət 427,5 min manatdan 59 min manata düşüb. Ötən il təşkilat 32 min 641 manat mənfəət vergisi ödəyib.

 

KREDİT PORTFELİ ARTIB

 

31 Dekabr 2017-ci il tarixində “FİNOKO” BOKT  ASC-nin müştərilərə verdiyi cəmi kreditlər 11 milyon 318 min manat təşkil edib. 2016-cı ilin sonunda bu rəqəm 10 milyon 537 min manat idi.

 

Əlavə edək ki, 2017-ci ildə “FİNOKO” BOKT  ASC tərəfindən “Union Kredit” MMC BOKT satın alınıb. “Union Kredit”i özünə birləşdirməsi nəticəsində “FİNOKO” BOKT –ın kredit portfeli və faiz gəliri artıb.

 

TƏŞKİLAT 2 QARDAŞA MƏXSUSDUR

 

Qeyd edək ki, “FİNOKO” BOKT ASC Əliyev Elçin Rəşid oğluna (50%) və Əliyev Elmar Rəşid oğluna (50%) məxsusdur.

20.08.2018 15:45

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ