Mobil manşet üstü reklam-3_21

Otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi tutuldu

iç səhifə xəbər başlığı altı (mobil)_31
Otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi tutuldu

Qurban bayramı ilə əlaqədar Qusardakı otel və istirahət mərkəzlərindəki yerlərin 90 faizi əvvəlcədən sifariş olunub.

 

Reklam_3_11

Qusar Turizm İnformasiya Mərkəzindən bildirilib ki, bayram günlərini rayonda keçirmək üçün müraciət edənlər həm yerli, həm də əcnəbi turistlərdir. Bu günlərdə rayona gələn turistlərin sayı adi vaxtlardakından 50-60 faiz çoxdur.

 

Bayram günləri ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışan mərkəzə müraciət edən turistlər istirahət mərkəzləri, turizm marşrutları barədə ətraflı məlumat ala bilərlər.

 

Əcnəbi turistlərin müraciətləri arasında ərəb ölkələrindən, Rusiya, Türkiyə və İrandan olanlar çoxluq təşkil edir. Bununla əlaqədar istirahət mərkəzlərində qonaqlara ənənəvi milli mətbəxlə yanaşı, xarici ölkə yeməkləri də təqdim olunacaq.

 

Qusardakı istirahət mərkəzlərində 4 nəfərlik kotteclərdə səhər yeməyi də daxil olmaqla, dincəlmək 100-120 manata başa gəlir.

 

Turizm İnformasiya Mərkəzi otellərdə yer tapa bilməyən turistlərə kənd evlərində qalmağı tövsiyə edir. Qusarın Ləzə, Həzrə və digər dağlıq kəndlərində ev kirayə edərək yerli sakinlərlə birgə yaddaqalan bayram keçirmək mümkündür. Burada qiymətlər otellərdən 50-60 faiz ucuzdur.

 

Qurban bayramı öncəsi Quba rayonundakı istirahət mərkəzlərində də sıxlıq müşahidə olunur. Burada da otel və istirahət mərkəzlərindəki yerlərin əksəriyyəti əvvəlcədən sifariş olunub.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© Azərtac

20.08.2018 16:43

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci-2_29
Əsas səhifədə 1-ci reklam-2_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ