Lirə daha da ucuzlaşdı
Dollar/Türk Lirəsi məzənnəsi yenidən yüksələrək 6.20 səviyyəsinə qalxıb (saat 18:55-ə olan məlumat).
"Marja" xəbər verir ki, Lirə bu gün 3%-ə yaxın ucuzlaşıb.
Məzənnə səhər saatlarında 5.98 səviyyəsinə düşmüşdü.
Avro da 3%-ə yaxın bahalaşaraq 7.0886 lirəyə qalxıb.
Türk Lirəsinin ucuzlaşmasının səbəbi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban Bayramı münasibəti ilə çıxışında verdiyi bəyanatlardır.
Ərdoğan, valyuta məzənnələrindəki son dəyişikliklərə toxunaraq, "Min bir hiylə ilə, tələ ilə çökdürə bilmədikləri Türkiyəni valyuta ilə təslim edəcəklərini güman edənlər, yanıldıqlarını çox yaxında görəcəklər",- deyib.
MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN
Ərdoğan, "Hücumun, birbaşa azanımıza və bayrağımıza qarşı hücumlardan heç bir fərqi yoxdur",- ifadələrini istifadə edib.
Qeyd edək ki, adətən Prezident Ərdoğanın çıxışlarından sonra Lirə ucuzlaşır. İnvestorlar Ərdoğanın mövqeyindən və hədələrindən məmnun deyillər. Bazarlar "atəşkəs" istəsələr də, Ərdoğan və Tramp qarşılıqlı ittihamlarda davam edirlər.
ABŞ-ın Türkiyəyə yeni sanksiyalar da tətbiq edəcəyi gözlənilir. Ötən həftə bu barədə ABŞ Prezidenti açıqlamalar verib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
23 d. əvvəl
“Bakcell”in Baş İcraçı Direktoru Xankəndidə jurnalistlərlə görüşüb
- 2 saat əvvəl
-
3 saat əvvəl
Tanınmış şampunlar və qabyuyan məhsulların saxtası Keşlədə istehsal olunurmuş
-
3 saat əvvəl
Bakı Fransız Liseyinin ləğv olunması haqqında qərar qəbul edilib
-
6 saat əvvəl
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
-
6 saat əvvəl
Azərbaycanda tikinti sahəsində agentliyin və ya komitənin yaradılması təklif olunur
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl