Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Lirə daha da ucuzlaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
Lirə daha da ucuzlaşdı


Dollar/Türk Lirəsi məzənnəsi yenidən yüksələrək 6.20 səviyyəsinə qalxıb (saat 18:55-ə olan məlumat).

 

"Marja" xəbər verir ki, Lirə bu gün 3%-ə yaxın ucuzlaşıb. 

 

Məzənnə səhər saatlarında 5.98 səviyyəsinə düşmüşdü. 

 

Avro da 3%-ə yaxın bahalaşaraq 7.0886 lirəyə qalxıb.


Türk Lirəsinin ucuzlaşmasının səbəbi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qurban Bayramı münasibəti ilə çıxışında verdiyi bəyanatlardır.


Ərdoğan, valyuta məzənnələrindəki son dəyişikliklərə toxunaraq, "Min bir hiylə ilə, tələ ilə çökdürə bilmədikləri Türkiyəni valyuta ilə təslim edəcəklərini güman edənlər, yanıldıqlarını çox yaxında görəcəklər",- deyib.


MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

Ərdoğan, "Hücumun, birbaşa azanımıza və bayrağımıza qarşı hücumlardan heç bir fərqi yoxdur",- ifadələrini istifadə edib.

 

Qeyd edək ki, adətən Prezident Ərdoğanın çıxışlarından sonra Lirə ucuzlaşır. İnvestorlar Ərdoğanın mövqeyindən və hədələrindən məmnun deyillər. Bazarlar "atəşkəs" istəsələr də, Ərdoğan və Tramp qarşılıqlı ittihamlarda davam edirlər.

 

ABŞ-ın Türkiyəyə yeni sanksiyalar da tətbiq edəcəyi gözlənilir. Ötən həftə bu barədə ABŞ Prezidenti açıqlamalar verib.

20.08.2018 16:48

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ