Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Türkiyə ABŞ-dan şikayət etdi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Türkiyə ABŞ-dan şikayət etdi

Ümumdünya Ticarət Təşkilatı, Türkiyənin ABŞ-ın alüminium və polad ticarətinə tətbiq etdiyi əlavə vergilərlə bağlı şikayət etdiyini bildirib.
 

"Marja" xəbər verir ki, Dünya Ticarət Təşkilatının rəsmi internet səhifəsində verilən açıqlamada, "Türkiyə, ABŞ-ın qərarının Dünya Ticarət Təşkilatının Gömrük Tarifləri və Ticarət Müqaviləsinin bəzi hökmləri ilə toqquşduğunu iddia edir" ifadələri yer alıb.
 

TİCARƏT NAZİRLİYİNDƏN AÇIQLAMA
 

Türkiyənin Ticarət Nazirliyi, ABŞ-ın alüminium və polad ticarətinə  tətbiq etdiyi əlavə vergilərlə bağlı məhkəmə prosesinin başladığını bildirib. Açıqlamada, "ABŞ-ın polad və alüminiuma tətbiq etdiyi əlavə gömrük rüsumları üçün məhkəmə prosesi başlanılmışdır" ifadələri istifadə edilib.
 
 
 
ABŞ Prezidenti Donald Tramp, keşiş Brunson böhranı səbəbi ilə Türkiyədən idxal edilən alüminium və polada tətbiq edilən vergiləri artırdığını bildirmişdi. Tramp sosial media səhifəsindən etdiyi açıqlamada, "Alüminiumda bu nisbət artıq 20 faiz, poladda də 50 faiz olacaq. Türkiyə ilə əlaqələrimiz bu dövrdə yaxşı deyil" ifadələrini işlətmişdi.

21.08.2018 04:47

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ