Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycanda otel və tur şirkətləri üçün gözəl fürsət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda otel və tur şirkətləri üçün gözəl fürsət

Son 10 il ərzində ölkədə turizmin təşviqi ilə bağlı görülən işlər, aparılan islahatlar, elektron vasitələrin təkmilləşdirilməsi nəticəsində Azərbaycanda turizm sənayesi yeni mərhələyə qədəm qoymuş və ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlamışdır.

 

Bu səbəbdən də Azərbaycan artıq dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi yeni texnologiya, xidmətlərin elektron formatda təqdim olunması istiqamətində  bir çox yeniliklərin tətbiqi məkanına çevrilməkdədir. Qeyd olunan müasir dövrün tələbləri ilə Azərbaycanda yaxın dövrdə fəaliyyətə başlamış olan “Lets GO” şirkəti turizm bazarında fəaliyyət göstərən mehmanxanalar və tur agentliklər üçün çox gözəl fürsətdir. Şirkət xarici və yerli mütəxəssislərin birgə fəaliyyəti nəticəsində Azərbaycan turizm bazarını araşdıraraq lets-go.travel platformasını istifadəyə vermişdir. Platforma ilkin mərhələdə Azərbaycan ərazisində beynəlxalq standartlara cavab verən nəqliyyat və tur xidmətlərini onlayn rejimdə ödəniş edərək sifariş etmək imkanı verir. Onlayn sifariş platformanın bir çox özəlliklərindən yalnız biridir. Bu arada müştəri sifarişin pulsuz ləğvetmə imkanından yararlandıqda ödənmiş olan məbləğ bir neçə saniyə ərzində kart hesabına geri qayıdır. İstifadəçi bütün mərhələlərdə (sifariş bölməsinin doldurulması, ödənişi, təsdiqi, icrasının başlaması, bitməsi və s.) avtomatlaşdırımış formada elektron məktublar alır ki, bu da bütün prosesin həm ciddi nəzarət altında, həm də şəffaf formada həyata keçirilməsini təmin edir. Müştəriyə hətta məktubla ona təyin olunan nəqliyyat vasitəsinin hərəkətini izləyə biləcək link də göndərilir. Xidmətin ən yüksək standartlara cavab verməsini və yenə nəzarət sistemini gücləndirmək  məqsədilə sürücülər üçün “LetsGO Driver” mobil aplikasiyası hazırlanmışdır və sürücü bütün addımları (sifarişin icrasına başladım, təyin olunan məntəqəyə çatdım, müştərini qarşıladım, ünvanına çatdırdım, iş yekunlaşdı) aplikasiya üzərində qeyd etməklə iş prosesini həyata keçirir. İşin yekununda müştəriyə xidmət səviyyəsini dəyərləndirmək üçün 3 bölmədən ibarət 9 ballı sistem təklif olunur. Aşagı bal (7-dən az) toplamış sürücülərlə əməkdaşlıq dayandırılır.

                                                    

Platformada növbəti mərhələ digər turizm xidmətləri - otel otaqlarının və aviabiletlərin satışı, viza dəstəyi və s. göstərərək ölkəmizə gəlməyi planlayan turistlər üçün vahid məkana çevrilə bilməkdir.

 

Lets-go.travel portalı hələlik 5 dildə - azərbaycan, ingilis, rus, fransız və ərəb dillərində fəaliyyətdədir ki, bu da xarici istifadəçilərin rahatlığını təmin edir. Əlavə dillərin qoşulması istiqamətində işlər davam edir.

 

Lets Go platforması həm də aşağıdakı üstünlüklərə sahibdir: 

- Fərdi qəza sığortası

-Təlimatlı peşəkar sürücülər

-Lisenziyalı bələdçilər

-Wi-Fi ilə təchiz olunmuş yeni nəqliyyat vasitələri

-Avtomobillərdə sərinləşdirici içki və meyvə ilə təminat

-Pulsuz ləğvetmə və dəyişmə imkanı

-24/7 dəstək (telefon, onlayn çat, e-mail)

-Müştərilərə xüsusi endirimlər və bonuslar

 

“Lets GO” yaratdığı sistem ilə Azərbaycan turizm sənayəsində mövcüd olan bütün tərəfdaşlar, xüsusilə otel və turizm şirkətləri üçün əvəzedilməz xidmətlər təklif edir. Əməkdaşlıq edən hər bir tərəfdaş şirkət şəxsi kabinetə, sifariş tarixçəsinə, komissiya gəlirləri barədə ətraflı, tam şəffaf məlumatlara  və s. sahib olur. İstənilən təşkilat üçün asan şəkildə sistemə müxtəlif formalarda inteqrasiya oluna biləcək şərait vardır. B2B əməkdaşlıqda maraqlı olan şirkətlər (otel, turizm şirkəti və s.) bu link http://lets-go.travel/az/web/partner/b2b üzrə daxil olaraq daha ətraflı məlumata sahib olub qeydiyyatdan keçə bilərlər.

 

Lets GO partnyorluq modeli ən müasir texnologiyaların tətbiqi ilə həm rahatdır, həm sərfəli, həm də alternativsiz təbii seçimdir.

24.08.2018 07:03

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ