Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Almaniyanın cari profisiti 300 milyard avroya yaxınlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Almaniyanın cari profisiti 300 milyard avroya yaxınlaşır

Almaniyanın, xarici ticarət artıqlığı (profisiti) ilə dünyada birinciliyini bu il də qoruyub saxlaması gözlənilir. Bu il 265 milyard avro ticarət profisiti əldə etməsi gözlənilən Almaniya, ixracındakı uğuruna görə ABŞ Prezidenti Donald Trump-un tənqidlərinə hədəf olur.
 

"Marja" xəbər verir ki, Münhendəki İqtisadi Tədqiqat İnstitutunun (İFO) proqnozlarına görə, Almaniya ixrac gücü sayəsində 2018-ci il daxil ardıcıl üçüncü dəfə dünyanın ən böyük cari artıqlıq verən ölkəsi olacaqdır. Münhendəki institutun mütəxəssislərinin çoxu cari artıqlığın bu il 299 milyard dollara çata biləcəyini qeyd edirlər. İkinci yerdə 200 milyard dollarla Yaponiya yer alır. Hollandiyanın 2018-də 110 milyard dollar profisit əldə edərək 3-cü yeri tutacağı gözlənilir.
 

İnstitutun mütəxəssislərindən Kristian Grimme "Reuters" xəbər agentliyinə verdiyi açıqlamada cari kəsir rekordunun 420 milyard dollarla yenə ABŞ-da qalacağını deyib. ABŞ Prezidenti Donald Tramp, Amerika iqtisadiyyatına zərər verdiyi üçün Almaniyanın rekord səviyyədə cari profisit əldə etməsini tənqid edir. Tramp Almaniyanı, ən əhəmiyyətli ixrac məhsulu olan avtomobillərə əlavə gömrük vergisi tətbiq edəcəyi ilə hədələmişdi.
 

Beynəlxalq Valyuta Fondu (BVF) və Avropa Komissiyası da Almaniyanın cari profisitinin daim artmasını tənqid edirlər.
 

Komissiya, cari artıqlığın Ümumi Daxili Məhsulun (ÜDM) 6%-ni keçməməsi lazım olduğunu qeyd edir. İnstitut bu nisbətin 2018-də 7,8%-ə çatacağını güman edir. 2017-ci ildə cari artıqlığın ÜDM-ə nisbəti 7,9 faiz olmuşdu.

 

Cari kəsiri olan ölkələr isə daha çox borc almağa məcbur olurlar. 

 

Cari əməliyyatlar hesabının tərkib hissələrindən biri idxal və ixrac balansıdır. Əgər ölkə idxalından çox ixracat gəliri əldə edirsə, xarici ticarət balansı müsbət (profisit) olacaqdır.

21.08.2018 05:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ