Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30

ABŞ şirkətləri Trampdan Çin malları üçün yeni tariflər tətbiq olunmamasını xahiş edirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
ABŞ şirkətləri Trampdan Çin malları üçün yeni tariflər tətbiq olunmamasını xahiş edirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Prezidenti Tramp keçən həftə bildirib ki, ABŞ Çindən idxal edilən malların 40 faizindən çoxu üçün əlavə rüsumlar tətbiq edəcək.

 

Alyaska sahillərində balıq ovlayanlardan başlamış, Tennessidə tikinti materialları distribüterlərinə qədər yüzlərlə ABŞ müəssisəsi və işgüzar adamlar Trampa müraciət edərək onu Çin malları üçün yeni tariflər tətbiq etməməyə çağırıblar.

 

Tramp administrasiyasının avqustun 20- dən başlayaraq 6 gün ərzində Vaşinqtonda keçiriləcək dinləmələrdə dünyanın bu iki ən iri iqtisadiyyatı arasında kəskinləşməkdə olan “ticarət müharibəsi” müzakirə olunacaq. Tramp ümumi dəyəri 200 milyard olan Çin malları üçün rüsum tariflərini artıraraq 10 faizdən 25 faizə çatdırmağı təklif edir. Yeni tariflər artıq gələn ayın əvvəlindən tətbiq oluna bilər.

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

Bu tariflər qüvvəyə minərsə, Amerika şirkətləri tərəfindən Çin komponentlərindən istifadə edilməklə istehsal olunan malların qiyməti sürətlə artacaq. Bu halda həmin şirkətlər əlavə xərcləri malın son qiymətinə daxil etmək, yaxud bu xərcləri öz hesablarına ödəmək arasında seçim etməli olacaqlar. İyul ayında Tramp 34 milyard dollar dəyərində Çin mallarına 25 faiz rüsum tətbiq edib. Bu həftə daha 16 milyard dollar dəyərində Çin malları üçün vergilər tətbiq ediləcək. Çin də buna cavab olaraq ABŞ malları üçün tarifləri artırır.

21.08.2018 05:33

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci_29
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ