Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycanda 8 bankın depozit portfeli azalıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda 8 bankın depozit portfeli azalıb


Bu il iyulun 1-nə olan vəziyyətə görə, "Azərbaycan Beynəlxalq Bankı" (ABB) istisna olmaqla, ölkədə fəaliyyət göstərən 29 bankdan 8-nin depozit portfeli illik müqayisədə azalıb.

 

Reklam_3_11

Bunlar "Xalq Bank", "Unibank", "AGBank", "Turan Bank", "Yapı Kredi Bank Azərbaycan", "Azər-Türk Bank", Pakistan Milli Bankının Bakı filialı və"Bank of Baku"dur. Ən çox azalma "Bank of Baku"da (45,4%), ən az azalma isə "Xalq Bank"da (0,7%) qeydə alınıb.

 

1 bankda - "Bank Avrasiya"da depozit portfeli dəyişməyib.

 

Qalan 20 bankın depozit portfeli isə son 1 ildə artıb. Ən çox artım "Bank Silk Vey"də (2,6 dəfə), ən az artım isə "Atabank"da (8,4%) baş verib. 

 

ABB depozit portfelinin dinamikasını açıqlamayıb.

 

4 BANKIN HƏR BİRİNİN DEPOZİT PORTFELİ 1 MİLYARD MANATDAN ÇOXDUR

 

Bu il iyulun 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün depozit portfeli 1 milyard manatdan çoxdur.

 

Bunlar "Azərbaycan Beynəlxalq Bankı" (3 791,38 milyon manat), "PAŞA Bank" (3 253,678 manat), "Kapital Bank" (2 821,509 manat) və "Xalq Bank"dır (1 221,622 milyon manat).

 

Qalan 26 bankdan 3-nün depozit portfeli 0,5 - 1 milyard manat arasında, 15 bankın depozit portfeli 100 - 500 milyon manat arasında, 6 bankın depozit portfeli 10 - 100 milyon manat arasında, 2 bankın depozit portfeli isə 10 milyon manartdan azdır. Bunlar Pakistan Milli Bankının Bakı filialı (462 min manat) və İran Milli Bankının Bakı filialıdır (4,436 milyon manat).

 

MƏZƏNNƏNİN DƏYİŞMƏSİNİ GƏLİRƏ ÇEVİRİN

 

© "Renkinq" 

21.08.2018 05:46

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ