Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Dövlət Məşğulluq Xidməti 30 milyon manatlıq müqavilələr bağlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət Məşğulluq Xidməti 30 milyon manatlıq müqavilələr bağlayıb

Dövlət Məşğulluq Xidməti Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində bir neçə müqavilə bağlayıb.

 

"Marja" xəbər verir ki, Xidmət İyulun 31-də "Parlar Ting A.T." MMC ilə 1 milyon 180 min 497 manatlıq müqavilə imzalayıb. Bu müqavilə İşsiz kimi qeydiyyata alınmış şəhid ailəsi üzvlərinin, əlilliyi olan şəxslərin və aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin məşğulluğunu təmin etməklə onların sosial müdafiəsinə nail olunması məqsədilə “Sosial bağlar” laihəsinin həyata keçirilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi arasında 2018-ci il 16 iyul tarixdə bağlanmış Memorandum çərçivəsində təsərrüfatların yaradılması, nəzərdə tutulmuş müddətdə iştirakçılara təhvil verilməsi və digər xidmətlərin satın alınmasını nəzərdə tutur.


Dövlət Məşğulluq Xidməti Avqustun 3-də isə "Aqri Kon" MMC və "Bis Co" MMC konsorsiumunun aparıcı təşkilatı olan "Aqri Kon" MMC ilə 19 milyon 225 min 246 manatlıq müqavilə imzalayıb. Bu müqavilə Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində respublikanın rayonları üzrə əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan kənd təsərrüfatı mallarının satın alınmasını nəzərdə tutur.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

Xidmət  Avqustun 10-da  isə "Aznest" MMC və "SRS Consulting" MMC konsorsiumu ilə 9 milyon 894 min 358 manatlıq müqavilə bağlayıb. Müqavilə, Özünəməşğulluq tədbirlərinin təşkili çərçivəsində əhalinin özünəməşğulluğunun təmin olunması ilə bağlı tələb olunan iş və xidmətlər, eləcə də istehsalat mallarının alınmasını nəzərdə tutur.

 

3 müqavilənin cəmi dəyəri 30 milyon 300 min manatdır.

 

Həmçinin Dövlət Məşğulluq Xidməti, 15 Avqust 2018-ci il tarixində "Lotus Co" MMC-dən inventarlar, avadanlıqlar, digər maşın və avadanlıqların alınması məqsədilə 196 min 957 manatlıq müqavilə bağlayıb.

21.08.2018 10:56

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ