Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Dollardakı əmanətlər geri götürülür - 80%-dən aşağı düşdü

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dollardakı əmanətlər geri götürülür - 80%-dən aşağı düşdü

Banklarda əhalinin xarici valyutada olan əmanətlərinin cəmi əmanətlərdə xüsusi çəkisi 80%-dən aşağı düşüb.

 

“Marja” Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin sonuna fiziki şəxslərin banklardakı əmanətləri 7 milyard 448,7 milyon manat təşkil edib. Əmanətlərin 1 milyard 517,2 milyon manatı və ya 20,4%-i milli valyutada, 5 milyard 931,4 milyon manatı və ya 79,6%-i xarici valyutada olub.

 

Noyabr ayının sonunda fiziki şəxslərin əmanətlərinin 81,2%-i xarici valyuta ilə yerləşdirilmişdi. Ümumiyyətlə, 2016-cı ilin əvvəlki ayları ərzində xarici valyutada yerləşdirilmiş əmanətlər cəmi əmanətlərin 80%-dən çoxunu təşkil edirdi.

 

Dekabr ayında Noyabr ayı ilə müqayisədə xarici valyuta ilə yerləşdirilmiş əmanətlər 243,9 milyon manat azalaraq 6 milyard 175,3 milyon manatdan 5 milyard 931,4 milyon manata düşüb, milli valyutadakı əmanətlər isə 86,7 milyon manat artaraq 1 milyard 430,5 milyon manatdan 1 milyard 517,2 milyon manata qalxıb.

 

Əmanətlərin 80%-ə yaxını xarici valyutada olduğundan Dolların bahalaşması manat ilə ifadədə əmanətlərin artması ilə nəticələnir. Dekabr ayında Dolların Manat qarşısında güclənməsinə baxmayaraq əmanətlər manat ilə ifadədə azalıb. Dekabrda fiziki şəxslərin cəmi əmanətləri 7 milyard 605,8 milyon manatdan 7 milyard 448,7 milyon manata geriləyib.

11.02.2017 07:25

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ