Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30

Yarım ildə 12 milyon manata yaxın qazanıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Yarım ildə 12 milyon manata yaxın qazanıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) cəmi aktivləri bu il iyulun 1-nə 1 milyard 121 milyon 820 min manat təşkil edib.

 

Fondun maliyyə hesabatına görə, bu, ilin əvvəli ilə müqayisədə 17,05% çoxdur.

 

İKZF-in aktivlərinin 69%-ni və yaxud 774 milyon 302 min manatını ipoteka kreditləri təşkil edib. Yanvar-iyun aylarında Fondun kredit portfeli 13,25% böyüyüb.

 

Hesabat dövründə İKZF-in cəmi öhdəlikləri 9,5% artaraq 597 milyon 61 min manata çatıb, o cümlədən borc öhdəlikləri 5% azalaraq 565 milyon 542 min manata düşüb.

 

Fondun cəmi kapitalı isə 27% artaraq 524 milyon 758 min manat, o cümlədən nizamnamə kapitalı “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi hesabına 27,3% (100 milyon manat ) artaraq 466  milyon manat olub.

 

Bu ilin I yarısında İKZF-in faiz gəlirləri 22 milyon 793 min manat, faiz xərcləri 8 milyon 229 min manat, dəyərsizləşmə üzrə zərəri 646 min manat, haqq və komissiya xərcləri 371 min manat, digər gəlirləri 397 min manat, insan resursları üzrə xərcləri 1 milyon 417 min manat, inzibati və digər xərcləri isə 958 min manat təşkil edib. Son nəticədə Fond yarımili 11 milyon 569 min manat mənfəətlə başa vurub. 

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Report

22.08.2018 13:01

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ