Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Tramp: İki qadına ödənişi öz cibimdən vermişəm

iç səhifə xəbər başlığı altı (mobil)_31
Tramp: İki qadına ödənişi öz cibimdən vermişəm

ABŞ Prezidenti Donald Tramp, əlaqəsi olduğu iddia edilən iki qadına seçki kampaniyası dövründə danışmamaları məqsədilə edilən ödənişlərin kampaniya büdcəsindən deyil, öz cibindən etdiyini deyib.


 

Reklam_3_11

ABŞ Prezidenti Donald Trampın keçmiş vəkili Maykl Koen (Michael Cohen) seçki qanunlarını pozduğuna dair ittihamları qəbul edərək prokurorluqla əməkdaşlığa getmişdir. Tramp dünən verdiyi açıqlamada Koeni "əfsanələr uydurmaqla" günahlandırmışdı.
 

"Marja" xəbər verir ki, Tramp, dünən "Twitter"dən etdiyi açıqlamanın ardından "Fox News"a danışaraq, əlaqəsi olduğu iddia edilən iki qadına verilən "susmaq payı" ödəmələrinin seçki kampaniyası büdcəsindən deyil, özü tərəfindən ödənildiyini söyləyib.
 

"Pul kampaniyanın büdcəsindən yox, mənim tərəfimdən ödənilib" deyən Tramp,"Bu bir kampaniya pozuntusu deyil. Obamaya baxsanız, çox böyük bir kampaniya pozuntusu vardı, ancaq fərqli bir ədliyyə naziri olduğu üçün çox fərqli bir şəkildə qiymətləndirilib" ifadələrini istifadə edib.
 

Trampın keçmiş vəkili Maykl Koen verdiyi ifadədə Trampın göstərişilə pornoqrafik filmlərdə oynayan Stormy Daniels və "Playboy" ulduzu Karen McDougal-a susmaları üçün ödəniş etdiyini söyləmişdi.
 

İki qadının seçki kampaniyası dövründə danışmalarını əngəlləmək üçün verilən ödəmələrin Federal Seçki Komissiyasına bildirilməməsi seçki məcəlləsinin pozulması kimi qiymətləndirilir. Çünki ABŞ qanunlarına görə, seçki dövründə namizəd seçki büdcəsindən bütün xərclərini komissiyaya bildirmək məcburiyyətindədir.
 

Ancaq bu ödəmələrin Trampın iddia etdiyi kimi şəxsi büdcəsindən ödənilməsi vəziyyətində məhkəmə bunu seçki kampaniyası çərçivəsində deyil, "şəxsi nüfuzunu qorumaq məqsədilə" ödənildiyi istiqamətində ibaxa bilər.

 

"VƏZİFƏMDƏN GETSƏM, BAZARLAR ÇÖKƏR"

 

"Fox and Friends" adlı proqramda danışan Tramp, "Ecazkar iş çıxaran birini necə vəzifəsindən kənarlaşdırmaq (İmpiçment) olar, bilmirəm. Əgər hər hansı bir zamanda mənə impiçment elan edilsə, məncə, bazarlar çökər, hər kəs çox kasıb olar. İnanılmaz rəqəmlər görə bilərik" ifadələrini istifadə edib.

23.08.2018 17:34

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ