Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Azərbaycan asiyalı turistlər üçün 2 sərgidə iştirak etməyə hazırlaşır

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan asiyalı turistlər üçün 2 sərgidə iştirak etməyə hazırlaşır
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanın turizm potensialı Asiyada tematik sərgilərdə təqdim olunacaq.

 

Bunu  açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

 

N.Bağırovun sözlərinə görə, hazırda assosiasiya Dövlət Turizm Agentliyi ilə birgə Pakistan və Sinqapurda iki sərgidə iştirak etməyə hazırlaşır:

 

"Oktyabrın 2-4-də Pakistanda turizm sərgisində, daha sonra oktyabrın 17-19-da Sinqapurda sərgidə birgə iştirak edəcəyik. Fikrimcə, bu sərgilərdə iştirak Asiya ölkələrinin Azərbaycana diqqətini artırmağa imkan verəcək".

 

Assosiasiya sədri qeyd edib ki, hazırda Azərbaycanın turizm potensialının təşviq olunması üzrə böyük iş aparılır:

 

"Ofislərimiz müxtəlif ölkələrdə aktiv fəaliyyət göstərir. Bundan başqa, bu işə Dövlət Turizm Agentliyi fəal şəkildə qoşulub və həm bizimlə birgə, həm də özləri Azərbaycanın turizm istiqaməti kimi populyarlaşması üçün böyük iş aparır".

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycana dünyanın 191 ölkəsindən 1 milyon 655,3 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 31,5 faizi Rusiya, 19,8 faizi Gürcüstan, 10,3 faizi Türkiyə, 10 faizi İran, 3,5 faizi BƏƏ, 2,4 faizi İraq, 2 faizi Ukrayna, 20,4 faizi digər ölkələrin vətəndaşları olub.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

©Trend

24.08.2018 05:41

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ