Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Azərbaycan məhsulları Rusiya bazarında bahalaşmış olacaq..."

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycan məhsulları Rusiya bazarında bahalaşmış olacaq..."

"ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyalara görə, Azərbaycandan qonşu ölkəyə kənd təsərrüfatı məhsullarının ixracı azala bilər, bu bu məhsullar artıq Rusiya bazarında bahalaşmış olacaq".

 

Bunu açıqlamasında Rusiyanın "Alpari" maliyyə şirkətinin analitiki Aleksandr Razuvayev deyib.

 

"Bu sanksiyalar Rusiya iqtisadiyyatına zəif təsir edəcək, çünki ABŞ-la olan ticarət əlaqələri güclü deyil. Sanksiyalar nəticəsində Rusiya rublunun da nəzərəçarpacaq dərəcədə dəyərdən düşəcəyinə inanmıram, çünki qeyri-rezidentlərin dollar alışı müşahidə edilmir. Milli valyutanın məzənnəsini yalnız Rusiyanın Maliyyə Nazirliyinin dollar alışı zəiflədə bilər. Əgər federal borc kağızlarına qarşı sanksiyalar tətbiq olunsa, o zaman rublun 10-15% ucuzlaşması mümkündür", - deyə ekspert qeyd edib. 

 

Onun sözlərinə görə, Rusiyanın milli valyutasının dəyərini itirməsi ölkədən ixracı stimullaşdırır və bu, strateji əhəmiyyətə malik tərəfdaşlarla ticarət əlaqələrinə təsir göstərə bilər: "Amma bu təsir güclü olmayacaq, çünki ticarətin həcmi məzənnədən elə də asılı deyil". 

 

Qeyd edək ki, avqustun 22-dən ABŞ Rusiyanın Baş Kəşfiyyat İdarəsinin keçmiş zabiti Sergey Skripal və onun qızı Yuliya ilə bağlı məsələyə görə bu ölkəyə qarşı yeni sanksiya paketi tətbiq edib. Son nəticədə ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı avadanlıqların və texnologiyaların Rusiyadan alınmasına qadağa qoyulub.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Report

24.08.2018 08:27

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ