Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Prezidentin iştirakı ilə idman-əyləncə park kompleksi açıldı - YENİLƏNİB

iç səhifə xəbər başlığı altı (mobil)_31
Prezidentin iştirakı ilə idman-əyləncə park kompleksi açıldı - YENİLƏNİB
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva paytaxtın Xətai rayonunda salınan idman-əyləncə park kompleksində yaradılan şəraitlə tanış olublar.

 

İdman-əyləncə park kompleksi Bakının Xətai rayonunda Yusif Səfərov, Ələddin Quliyev və Sergey Senyuşkin küçələrini əhatə edən ərazidə salınıb.

 

Görülən işlərlə tanışlıq zamanı Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov yeni yaradılan idman-əyləncə park kompleksi barədə Prezident İlham Əliyevə məlumat verib.

 

Bildirilib ki, yeni park kompleksinin ümumi sahəsi 36833 kvadratmetrdir. Parkın salındığı ərazi geoloji araşdırmalar nəticəsində aşkar edilən neft və mərmər tozu tullantılarından təmizlənib, torpaq münbitləşdirilib, yaşıllıq zolağı salınıb, onlarla ağac və dekorativ kollar əkilib, müasir işıqlandırma sistemi və müşahidə kameraları quraşdırılıb.

 

İdman-əyləncə park kompleksində təbii daşlardan və metaldan düzəldilən heykəllər landşaftla vəhdət təşkil edir. Buradakı heykəllər xüsusi dizayn və üslubu ilə fərqlənir. Parkda müxtəlif daş heykəllər, o cümlədən ürək formasında heykəllər və “Love” kompozisiyası quraşdırılıb. Park kompleksinin ərazisində örtülü şahmat pavilyonu da var. Bundan başqa, iki futbol meydançası, voleybol, həndbol və basketbol oyunları üçün universal idman meydançası və trenajor meydançası qurulub. Burada kafe də fəaliyyət göstərəcək.

 

Qeyd edildi ki, idman-əyləncə park kompleksi ilə 2016-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Sevirəm” parkını asfaltlanmış sahə, avtodayanacaqlar və müasir metal körpü birləşdirir.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

24.08.2018 12:12

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ