Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Bakı Tikiş Evi: Məktəbli formaları bahalaşmayıb - QİYMƏTLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Bakı Tikiş Evi: Məktəbli formaları bahalaşmayıb - QİYMƏTLƏR
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Məktəbli formasının qiymətlərində heç bir dəyişiklik yoxdur və qiymət artımı da nəzərdə tutulmayıb”.

 

Reklam_3_11

Bunu açıqlamasında Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

 

Şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir:

 

“Bakı Tikiş Evində məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyədən gətirilir. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır. Geyimlərin keyfiyyətinə ən azı bir il zəmanət veririk”.

 

HƏMÇİNİN OXU:Türkiyənin məktəbli geyimləri daha ucuz satılır - YERLİ GEYİMLƏR VİTRİNDƏ QALIB 

 

E.Əzimovun sözlərinə görə, məktəbli formasının satışı il boyu davam edir: “Hələlik satışla bağlı sıxlıq müşahidə olunmur. Çünki valideynlər dərslərin başlamasına bir neçə gün qalanda forma almağa başlayırlar. Onlara müraciət edirəm ki, vaxtında övladlarına forma almağa gəlsinlər ki, sonra uzun növbədə dayanmasınlar”.

 

"BAŞQA ÖLKƏLƏRİN GEYİMLƏRİ ZİRZƏMİLƏRDƏ TİKİLİB"

 

BTE-nin satış şöbəsinin rəisi qeyd edib ki, hələ də satışda başqa ölkələrdən Bakıya gətirilən və sertifkatı olmayan saxta məktəbli formalarına rast gəlinir: “Həmin məktəbli formaları zirzəmi şəraitində tikilməklə yanaşı, üzərinə BTE-yə məxsus nişanlar vurulur”.

 

Valideynlərə müraciət edən BTE rəsmisi vurğulayıb ki, heç bir gigiyenik sertifikata malik olmayan belə məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır:

 

“Kənarda satılan məktəbli formalarının qiyməti ilə BTE tərəfindən tikilən məktəbli formalarının qiymətində cəmi 5 manat fərq var”.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Report

24.08.2018 09:40

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ