Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

FED-də "Trump" istefası

iç səhifə xəbər başlığı altı (mobil)_31
FED-də "Trump" istefası

ABŞ Mərkəzi Bankının (Fed) İdarə Heyətinin üzvü Daniel Tarullo vəzifəsindən istefa verib.

 

"Marja" xəbər verir ki, Fed-in maliyyə tənzimləmələrinə cavabdeh olan Tarullonun istefası, ABŞ Prezidenti Donald Trump-ın müvafiq tənzimləmələri (qanunvericiliyi) yumuşaltmağa yönəlmiş Prezident fərmanından bir həftə sonra baş verib.


 
Fed-dən edilən yazılı açıqlamaya görə, Daniel Tarullo, 2009-cu ilin Yanvar ayından bu yana davam etdirdiyi İdarə Heyəti üzvlüyündən 5 Apreldə ayrılmaq üçün istefa verib.


 
Tarullo, Fed-in Nəzarət və Tənzimləmə Komitəsinin sədri kimi, 2008 maliyyə böhranının ardından Amerika maliyyə sistemini möhkəmləndirmək üçün həyata keçirilən "Dodd Frank Wall Street" İslahatının hazırlanmasına başçılıq etmişdi.
 


Tarullonun vəzifə müddəti 2022-ci ilin yanvar ayında başa çatacaqdı.


 
Trump, 2010-ci ildə tətbiq etməyə başlanılan "Dodd-Frank Wall Street" İslahatının böyük miqyasda ləğv edilməsi üçün 3 Yanvarda Prezident fərmanı çıxarmışdı.


 
Fed sədri Janet Yellen, mövzu ilə bağlı açıqlamasında Tarullonun Amerika maliyyə sisteminin təhlükəsizliyi üçün lazımlı tənzimləmələrin hazırlanmasına və Fed-ə böyük töhfə verdiyini bildirərək, "Həmkarlarım və mən, Tarullonun dərin peşəkarlığını, qüsursuz mühakimə gücünü, müdrik proqnozlarını və strateji məsləhəti üçün həqiqətən darıxacağıq" ifadələrini istifadə edib.


 
 FED-DƏ BOŞ KRESLO SAYI 3-Ə YÜKSƏLƏCƏK


 
 Tarullonun Fed-dən istefasının ardından təşkilatın idarə heyətində boş kreslo sayı 3-ə çıxacaq. Bankın normal şərtlərdə 7 üzvə malik olması lazım olan idarə heyəti, son bir neçə ildir ki, 5 üzvlə fəaliyyət göstərirdi.


 
 Bankın idarə heyəti üzvlərinin ABŞ Prezidenti tərəfindən namizəd göstərildikdən sonra Senatda təsdiqlənməsi lazımdır.
 


 Trump-ın apreldə 3-ə çıxacaq boşluğu doldurmaq üçün seçəcəyi adlar, idarə heyəti üzvlərinin, Fedin pul siyasətlərini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsində (FOMC) tam səs vermək hüququna malik olacaqları səbəbindən həlledici əhəmiyyət daşıyır.


 
 Fed-in İdarə Heyətinin hazırkı üzvləri, Janet Yellen, Stenli Fişer, Jerome Pauell, Lael Brainard və Daniel Tarullo, ABŞ-ın 44-cu Prezidenti Barak Obama tərəfindən seçilmişdi.

11.02.2017 09:35

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18
InvestAZ