Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

Azərbaycan hökuməti Manatı ucuzlaşdıra biləcək riskləri açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycan hökuməti Manatı ucuzlaşdıra biləcək riskləri açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilib. “Marja” xəbər verir ki, Strategiyada makroiqtisadi göstəricilərlə bağlı risklər göstərilib.

 

Belə ki, enerji resurslarının qiymətlərində kəskin enmələr, eləcə də təbii resursların hasilatının azalması, inflyasiya artımı, habelə büdcə vəsaitinə tələbin gözlənilməz artımı ortamüddətli dövrdə fiskal dayanıqlıqda dalğalanmalara səbəb ola biləcək risklərdir. Bununla yanaşı, iqtisadiyyatda mümkün geriləmələr nəticəsində büdcə gəlirlərinin azalması dövlət resursları üzərində təzyiqi artırmaqla, proqnozlaşdırılandan daha artıq həcmdə büdcə defisitinin yaranmasına səbəb ola bilər. Nəticədə dövlət sektorunun borc tələbləri, buna müvafiq olaraq borca xidmət xərcləri və ümumilikdə dövlət borclarının həcmi gözlənilmədən arta bilər.

 


PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

Həmçinin Strategiyada qeyd edilib ki, beynəlxalq maliyyə bazarlarında neftin qiymətinin aşağı düşməsi, iqtisadiyyatda struktur islahatlarının səngiməsi kimi risklər səbəbindən ixrac həcminin azalması cari əməliyyatlar hesabında nəzərəçarpacaq kəsir formalaşdıra bilər. Bu, ölkənin strateji valyuta ehtiyatları və milli valyutanın məzənnəsi üzərində təzyiqə səbəb olmaqla, qısa müddət ərzində idxalın bahalaşmasına və inflyasiyanın artmasına zəmin yarada bilər.

 

Bununla yanaşı, bir mənbədən irihəcmli borc cəlb edilməsində meydana çıxa biləcək risklərin qarşısının alınması məqsədilə dövlət borcu portfelinin strukturunun təkmilləşdirilməsi və borcların cəlbedilmə mənbələrinin optimal hədlərdə diversifikasiyası olduqca mühümdür.  

24.08.2018 21:26

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ