Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Azərbaycandan dövlət borcunda 3 strateji məqsəd

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycandan dövlət borcunda 3 strateji məqsəd
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilib. “Marja” xəbər verir ki, Strategiya ilə qarşıya 3 məqsəd qoyulub.

 

Strateji məqsəd 1: Həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla dövlət borcunun dayanıqlığını təmin etmək. Bu məqsədlə 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcəkdir. Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir.

 

Strateji məqsəd 2: Dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaq. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması (mövcud portfel üzrə göstərici 94,3 faiz) nəzərdə tutulur. Eyni zamanda, faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi (mövcud portfel üzrə göstərici 49,7 faiz) hədəflənir.

 

Strateji məqsəd 3: Yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsi. Bu istiqamətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanması təmin olunacaqdır

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

Əlavə edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.Sərəncamda qeyd edilir ki, “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın həyata keçirilməsi üzrə əlaqələndirici orqan Maliyyə Nazirliyi müəyyən edilsin.

 

Dövlət borcalmaları üzrə müəyyən olunan strateji məqsədlərə çatmaq üçün aşağıdakı prioritet tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:

 

Ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olmasının təmin edilməsi. Qeyd olunan göstəricinin 2018-2025-ci illər ərzində 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Lakin növbəti illərdə valyuta məzənnəsinin, faiz dərəcələrinin dəyişməsi ilə borca xidmət xərclərinin artması və ya ümumi dövlət büdcəsi xərclərinin azalması nəticəsində müəyyən edilmiş göstərici 15 faizdən yuxarı olarsa, bu fərqin maliyyələşdirilməsi məqsədilə daxili maliyyə bazarlarında dövlət qiymətli kağızlarının buraxılması nəzərdə tutulur. Belə olacağı təqdirdə, qeyd olunan dövrdə əlavə daxili borcların cəlb olunması planlaşdırılır ki, bu borcalmalar da əsasən 3-5 illik dövlət qiymətli kağızlarının emissiyası vasitəsilə həyata keçiriləcəkdir.

 

Strategiyada nəzərdə tutulan borcalmalar həyata keçiriləcəyi zaman 2018– 2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-ə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizə çatdırılması: Ümumi dövlət borcunun ÜDM-ə nisbətinin 2019-cu ildə ən yuxarı həddə çataraq 24,7 faiz olacağı gözlənilir. Lakin növbəti illərdə dövlət borcu üzrə geri qaytarılan öhdəliklərin cəlb olunan yeni borclardan çox olması nəticəsində bu göstəricinin tədricən azalaraq 2021-ci ildə 21,7 faiz, 2025-ci ildə isə 15 faizdən aşağı olacağı proqnozlaşdırılır. Qeyd edilən hədəflərin qiymətləndirilməsi hər 2 ildən bir yeni strategiyanın hazırlanması çərçivəsində həyata keçiriləcəkdir.

 

Strategiyada qeyd olunan layihələrdən başqa digər layihələrin maliyyələşdirilməsi üçün borc vəsaitinin cəlb olunmaması və dövlət zəmanətinin təmin edilməməsi: Son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcənin gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri etdiyindən, 2018–2025-ci illər ərzində birbaşa və ya dövlət zəmanəti ilə cəlb ediləcək kreditlər hesabına maliyyələşdiriləcək prioritet layihələrin siyahısı müəyyən edilmişdir (cədvəl 3 və cədvəl 4). Bu layihələrdən başqa birbaşa kreditlərin, habelə dövlət müəssisələrinə Strategiyada nəzərdə tutulan dövlət zəmanətli kreditlərdən əlavə dövlət zəmanəti ilə vəsait cəlb olunması dayandırılacaqdır.

 

Faiz dərəcələrinin artma riskinin rüblük əsasda qiymətləndirilməsi və sözügedən qiymətləndirmə əsasında yeni borcların münasib faiz şərtləri ilə cəlb olunması: Azərbaycan Respublikasının beynəlxalq kredit reytinqinin müəyyən olunması məqsədilə “Fitch”, “Moody's” və “Standard and Poor's” reytinq agentliklərinin mütəmadi sorğularına əsasən, aidiyyəti məlumatlar müvafiq qaydada onlara təqdim edilir və müəyyən dövlət orqanlarının rəhbərlikləri ilə görüşlər keçirilir. 2018-ci il 27 iyul tarixində ölkənin suveren reytinqini “Standard and Poor's” reytinq agentliyi “BB+”, “Fitch” reytinq agentliyi “BB+” və 2018-ci il 10 avqust tarixində “Moody's” reytinq agentliyi “Ba2” kimi təsdiqləmiş və hər üç reytinq agentliyi iqtisadi perspektivi “sabit” olaraq müəyyən etmişdir. Qeyd olunan reytinq agentliklərinin müəyyən etdiyi «BB+» və «Ba2» kredit reytinqlərinin əldə olunması beynəlxalq maliyyə ictimaiyyətinin Azərbaycan Respublikasına 21 etimadının göstəricisi olmaqla yanaşı, hökumət və ölkəmizin iri şirkətləri tərəfindən beynəlxalq maliyyə bazarlarında borcalma məqsədilə qiymətli kağızların emissiyası üçün zəruri şərait yaradılmasına, dövlət zəmanəti ilə alınan kreditlərə görə ödənilən faiz dərəcələrinin və sığorta mükafatlarının azalmasına və beləliklə, respublikamızın beynəlxalq kapital bazarına çıxışının asanlaşmasına, birbaşa xarici investisiyaların həcminin artmasına, maliyyə resurslarının dəyərinin ucuzlaşmasına və beynəlxalq arenada onun nüfuzunun yüksəlməsinə imkan verir. Bu baxımdan, yeni borcalmalar həyata keçiriləcəyi təqdirdə, maliyyə şərtləri ilə bağlı danışıqlar zamanı ölkənin suveren reytinqi və beynəlxalq bazarlarda mövcud bençmarklar nəzərə alınmaqla, daha əlverişli şərtlərlə kreditlərin cəlb olunması təmin ediləcəkdir. Eyni zamanda, rüblük əsaslarla borc portfeli təhlil ediləcəkdir. Aparılan təhlillər nəticəsində daxili və xarici maliyyə bazarlarında cari vəziyyət nəzərə alınmaqla, mövcud borcların daha əlverişli maliyyə şərtləri əsasında borcların cəlb edilməsi yolu ilə yenidən maliyyələşdirilməsi həyata keçiriləcəkdir.

 

Daxili bazarda dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması, təkrar bazarın formalaşdırılması istiqamətində iş aparılması və gələcəkdə daxili borcalmanın artırılmasına üstünlük verilməklə, xarici borcalmanın tədricən azaldılması: Növbəti illərdə daxili qiymətli kağızlar bazarının daha da inkişaf etdirilməsi, o cümlədən təkrar bazarın formalaşdırılması məqsədilə investorlarla mütəmadi görüşlərin keçirilməsi, bazar tələblərinin müəyyən olunması və bunlar əsasında emissiya prospektləri hazırlanarkən investorların maraqlarının nəzərə alınması kimi tədbirlərin Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilməsi nəzərdə tutulur. Beləliklə, dövlət qiymətli kağızlarının müddətinin mərhələli şəkildə uzadılması və tədricən, tələb olunan maliyyələşmələrin daxili borcalmalar hesabına təmin edilməsi yolu ilə xarici borcalmaların əvəzlənməsi hədəflənir. Yuxarıdakı tədbirlərin icrası və heç bir əlavə borcalma həyata keçirilməyəcəyi təqdirdə, əsas borca xidmət xərclərinin cəlb olunacaq borclardan daha çox olması nəticəsində borc yükünün ortamüddətli perspektivdə azalacağı proqnozlaşdırılır.

24.08.2018 21:44

Müştərilərin xəbərləri

Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ