Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30

Dövlət xaricdən yeni borcalar alacağını açıqladı - MƏBLƏĞLƏR

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dövlət xaricdən yeni borcalar alacağını açıqladı - MƏBLƏĞLƏR

 

“Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" təsdiq edilib. “Marja” Starategiyaya istinadən xəbər verir ki, 2018-ci il 1 yanvar tarixinə Azərbaycanın  dövlət borcunun ümumi məbləği 17 milyard 7,4 milyon manat təşkil etmişdir.

 

Məcmu dövlət borcunun 15 milyard 978,1 milyon manatı (9 milyard 398,3 milyon ABŞ dolları) və ya 93,9 faizi xarici, 1 milyard 29,3 milyon manatı və ya 6,1 faizi daxili dövlət borcunun payına düşür.

 

Xarici dövlət borcunun ÜDM-ə nisbəti 22,8 faiz, daxili dövlət borcunun ÜDM-ə nisbəti 1,5 faiz olmaqla, ölkənin məcmu dövlət borcunun 2017-ci ildə ÜDM-ə nisbəti 24,3 faiz təşkil etmişdir.

 

Məcmu dövlət borcunun ölkənin valyuta ehtiyatlarına nisbəti 23,8 faiz olmuşdur. Xarici dövlət borcunun 3 milyard 331,4 milyon ABŞ dolları və ya 35,5 faizi xarici valyuta nominallı dövlət qiymətli kağızlarından, 5 milyard 510,4 milyon ABŞ dolları və ya 58,6 faizi hökumətin birbaşa cəlb etdiyi kreditlərdən, 556,5 milyon ABŞ dolları və ya 5,9 faizi isə xarici dövlət borcu hesab edilən şərti öhdəliklərdən ibarətdir.

 

Xarici valyuta nominallı qiymətli kağızlar aşağıdakı elementlərdən formalaşmışdır:  

 

2014-cü ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarlarında uğurla yerləşdirilmiş 1 milyard 250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta  nominallı dövlət qiymətli kağızları. Bu qiymətli kağızlar Azərbaycan Respublikasının beynəlxalq maliyyə bazarlarında bençmark rolunu ifadə edir;

 

2017-ci ilin sentyabr ayında “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində emissiyası həyata keçirilmiş 2 milyard 265,9 milyon ABŞ dolları məbləğində xarici valyutada denominasiya edilən dövlət istiqrazları. Bu emissiyanın tərkibinə 310,7 milyon ABŞ dolları məbləğində 12 il müddətli və 1 milyard 76,6 milyon ABŞ dolları məbləğində 15 il müddətli, hər biri 3 il ərzində amortizasiya olunan (son ödəniş ili, müvafiq olaraq, 2029-cu və 2032-ci il) uzunmüddətli qiymətli kağızlar daxildir. Bununla da, Bankın xarici kreditorlar qarşısında öhdəlikləri dövlət öhdəlikləri ilə əvəz edilmişdir. Sözügedən dövlət istiqrazları üzrə 184,5 milyon ABŞ dolları məbləğində borc məbləği 2017- ci ilin noyabr ayında ödənilmişdir.

 

Xarici dövlət borcunun 45,1 faizi hesabat dövründən sonra 10 ilə qədər olan müddətdə, 51,2 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 3,7 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. Dəyişkən faiz dərəcəsi ilə olan borc öhdəliyi xarici borc məbləğinin 52,8 faizini, sabit dərəcə ilə olan isə 47,2 faizini təşkil edir.

 

DAXİLİ DÖVLƏT BORCU

 

2018-ci il 1 yanvar tarixinə daxili dövlət borcunun 748,3 milyon manatını və ya 72,7 faizini dövlət istiqrazları, 52,7 milyon manatını və ya 5,1 faizini Mərkəzi Bank qarşısında öhdəliklər, 228,3 milyon manatını və ya 22,2 faizini isə daxili dövlət borcu sayılan şərti öhdəliklər təşkil etmişdir.

 

Daxili dövlət borcu üzrə öhdəliklər tamamilə sabit faiz dərəcəsi ilə cəlb edilmişdir.

 

Qeyd olunmalıdır ki, daxili dövlət borcu əvvəlki illərlə müqayisədə azalmışdır. Bunun əsas səbəbi Azərbaycan Respublikası hökuməti tərəfindən verilmiş dövlət  zəmanəti əsasında Azərbaycan Respublikası Mərkəzi Bankından ayrılmış kredit vəsaiti üzrə bir sıra dövlət müəssisələrinin borc öhdəliklərinin Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondu və Azərbaycan Respublikası Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə reallaşdırılmış mənfəətinin dövlət büdcəsinə köçürülməli olan sərbəst qalığı hesabına bağlanaraq, həmin kreditlər üzrə tələb hüquqlarının Maliyyə Nazirliyinin üzərinə keçməsidir.

 

2025-də 3,8 MİLYARD ABŞ DOLLARINADƏK AZALACAQ

 

Mövcud portfel üzrə xarici dövlət borcunun 2018-ci ildə nominal ifadədə artaraq 9,42 milyard ABŞ dolları olacağı proqnozlaşdırılır. Bu artımın əsas səbəbi əvvəlki illərdə imzalanmış kredit müqavilələri üzrə nəzərdə tutulan vəsaiti cari tarixə kreditor qurumların tam ayırmaması və bu istiqamətdə 2018-ci ildə istifadə olunacaq vəsaitin həmin öhdəliklər üzrə həyata keçiriləcək ödənişlərə nisbətən daha çox olmasıdır. Lakin mövcud (cəlb edilmiş) xarici dövlət borcunun 2019-cu ildə 9,0 milyard ABŞ dollarından 2025-ci ildə 3,8 milyard ABŞ dollarınadək azalacağı gözlənilir. İmzalanmış mövcud kredit müqavilələri üzrə xarici dövlət borcuna xidmət xərclərində 2024-cü ilə nəzərdə tutulan kəskin artımın səbəbi 2014-cü ildə hökumət tərəfindən beynəlxalq maliyyə bazarlarında buraxılmış 1 milyard 250,0 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızlarının 2024-cü ildə birdəfəlik ödənişlə geri qaytarılmasıdır.

 

YENİ DÖVLƏT BORCLANMALARI

 

Yeni xarici borclar üzrə Son illərdə dünya bazarlarında neftin qiymətində yaranan qeyri-sabitlik və bu səbəbdən icmal büdcə gəlirlərinin azalması xarici valyutada əlavə borc öhdəliklərinin yaradılmasına xüsusi diqqətlə yanaşmanı zəruri edir. Buna görə də 2018-ci ildə və növbəti illərdə yalnız bir sıra prioritet hesab edilən layihələr üzrə birbaşa və dövlət zəmanəti əsasında kredit vəsaitinin cəlb edilməsi nəzərdə tutulur. 2018–2025-ci illərdə prioritet hesab edilən layihələr üzrə dövlətin həyata keçirəcəyi yeni birbaşa xarici dövlət borcalmaları aşağıdakı kimi proqnozlaşdırılır:

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

1.İslahat əsaslı kredit (PBL)–Asiya İnkişaf Bankı – 500 milyon ABŞ dolları

 

2. “Azərbaycan Dəmir Yolları” QSC-nin sağlamlaşdırılması və Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi–Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi  325 ABŞ dolları

 

3.Xarici valyuta nominallı dövlət qiymətli kağızlarının yenidən maliyyələşdirilməsi 1 milyard 250 milyon ABŞ dolları.

 

"Mövcud kreditlər üzrə nəzərdə tutulan vəsaitdən istifadə, eyni zamanda, prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə yeni borcalmalar 2019-cu ildə ümumi dövlət borcunun (cəmi xarici və daxili dövlət borcu) ÜDM-ə nisbətinin artaraq 24,7 faiz olmasına gətirib çıxarsa da, Strategiyada hədəfləndiyi kimi, əlavə borcalmaların həyata keçirilməməsi və dövlət borcuna xidmət xərclərinin cəlb olunacaq vəsaitdən çox olması ilə dövlət borcu portfelinin həcmi azalacaq və 2020-ci ildə 10,7 milyard ABŞ dollarından 2025- ci ildə 7,7 milyard ABŞ dollarına çatdırılması təmin ediləcəkdir",- Strategiyada deyilir.

24.08.2018 22:16

Müştərilərin xəbərləri

Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ