Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

SOCAR Almaniya şirkətilə razılaşdı

iç səhifə xəbər başlığı altı (mobil)_31
SOCAR Almaniya şirkətilə razılaşdı
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

 Almaniyanın “Uniper SE” və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Azərbaycanın neft və qaz istehsalında enerji səmərəliliyinin artırılması üçün gələcək layihələrdə birgə çalışacaqlar.

 

SOCAR-dan verilən məlumata görə, hər iki şirkət bu gün Bakıda Almaniya Federal Kansleri Dr. Angela Merkelin Azərbaycana səfəri zamanı müvafiq razılaşmanı imzalayıblar. Alman enerji təchizatçısı və Azərbaycanın dövlət neft şirkəti artıq 5 ildir ki, sıx əməkdaşlıq edirlər.

 

Bildirilib ki, yeni razılaşmanın məqsədi, ilk növbədə Azərbaycanın sənayesində enerji istehlakını optimallaşdırmaq və bununla qaz emissiyasının azaldılmasına nail olmaqdır: “Bunun üçün nəzərdə tutulan ilk konkret tədbirlər artıq müəyyənləşdirilib və hazırda son dəqiqləşdirmələr aparılır. İlkin araşdırmalar göstərib ki, müasir texnologiyaların tətbiqi sayəsində qaz şəbəkəsində təbii qazın qənaətinə əhəmiyyətli dərəcədə nail olunması mümkündür”.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

SOCAR və “Uniper” şirkətləri 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə bağlayıblar. 2045-ci ilədək hər il 1,5 mrd. kubmetr təbii qaz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya tədarük edilməlidir. Bu qaz tədarükü Avropa və Almaniyanın qaz təchizatının şaxələndirilməsinə xidmət edir, qaz bazarında rəqabəti və təchizat təhlükəsizliyini gücləndirir.

25.08.2018 13:10

Müştərilərin xəbərləri

Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ