"İplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"İplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır"

"Yaxın aylarda, yəqin ki, gələn il Azərbaycanda əyirici-boyaq fabriki də işə düşəcək. Ondan sonra, ümumiyyətlə, xaricdən heç bir material gətirməyə ehtiyac qalmayacaq". 

 

"Marja" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı filialının açılışında bildirib.

 

"İplərdən tutmuş, boyalara qədər bütün materiallar Azərbaycanda istehsal olunacaqdır. Azərbaycanda xalçaçılığın çox böyük tarixi və çox böyük gələcəyi var. “Azərxalça” müəssisəsinin yaradılması məhz bu məqsədi güdürdü. Mənim qoyduğum vəzifələr, verdiyim tapşırıqlar yerinə yetirilir və İsmayıllı rayonundakı xalçaçılıq fabriki bunu bir daha göstərir. Sizi ürəkdən təbrik edirəm",- Azərbaycan Prezidenti əlavə edib.

 

Ümumi investisiya həcmi 18 milyon dollar olan “Yunəyirici - boyaq” fabriki  Sumqayıt Kimya Sənaye Parkında tikilir.

26.08.2018 10:37

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 2-ci-2_25
Mobil əsas səhifə 3-cü - 2_26
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18
InvestAZ