Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Çıxışında 93 faiz, Prezident soruşanda 95% dedi

iç səhifə xəbər başlığı altı (mobil)_31
Çıxışında 93 faiz, Prezident soruşanda 95% dedi

"SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin həyata keçirdiyi tədbirlər nəticəsində ölkə ərazisinin qazlaşdırılması göstərici 93 faizə çatıb. Bu rəqəmin ilin sonunadək 95 faizə çatdırılması əsas vəzifə kimi müəyyənləşdirilib".

 

"Marja" xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev İsmayıllı rayonuna, o cümlədən Lahıc qəsəbəsinə təbii qaz xəttinin çəkilməsi ilə bağlı görülən işlər barədə məlumat verərkən deyib.

 

"Hazırda “Azəriqaz" İstehsalat Birliyinin qarşısına qoyduğu əsas hədəflərdən biri də çətin relyefə malik ərazilərin qazlaşdırılmasıdır və bu sırada İsmayıllı rayonunun Lahıc qəsəbəsi mühüm yer tutur. Dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşən, Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunan qəsəbənin qazlaşdırılması son illərdə bu sahədə əldə edilən mühüm nailiyyətlərdən biridir. Belə ki, dövlətimizin başçısının ucqar kənd və qəsəbələrin qazlaşdırılması barədə tapşırığına uyğun olaraq, Lahıc qəsəbəsi və bu xətt boyunca yerləşən kəndlər də daxil olmaqla qazlaşdırma işləri həyata keçirilib".


Prezident İlham Əliyevin, "Qazlaşdırma bizdə neçə faizə çatıb?" sualına Rövnəq Abdullayev belə cavab verib:

 

"Cənab Prezident, 2014-2018-ci illəri əhatə edən Dövlət proqramı çərçivəsində qaz şəbəkələrinin sahəsi 10 min 500 kilometrdən 45 min 500 kilometrə çatıb. Qazlaşdırma sahəsi arta-arta gedir. Bu gün ölkə üzrə qazlaşdırma səviyyəsi 95 faizdir".

 

Rövnəq Abdullayev əlavə edib ki, İsmayıllı rayonunda dağlara görə qazlaşdırma 75 faizdir.

 

Prezident İlham Əliyev, "Ona görə mən tapşırıram, məşğul olun. Biz gərək qazlaşdırmanı artıraq. Dünən icra başçısı mənə dedi ki, yaxın günlərdə 5 kəndin qazlaşması həyata keçiriləcək" deyib.

27.08.2018 07:00

Müştərilərin xəbərləri

Mobil əsas səhifə 2-ci_25
Mobil_ana_sehife_3_3_26
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 1-ci reklam-2_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ