Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30

Azərbaycanda otel sahibinin həbs olunduğu bildirilir

iç səhifə xəbər başlığı altı (mobil)_31
Azərbaycanda otel sahibinin həbs olunduğu bildirilir
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda otel rəhbərinin 6 milyon dollarlıq borca görə həbs edildiyi bildirilir. Məlumata görə, Abşeron rayonunda yerləşən "Neapol" otelinin sahibi Şükür Əhmədov "AccesBank"ın şikayəti əsasında saxlanılıb.

 

Reklam_3_11

Onunla bağlı iş Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq Şöbəsində araşdırılır.

 

Ş.Əhmədov 2013-cü ildə "AccesBank"dan 5 milyon dollar kredit götürüb və bir müddət qaydasında ödəniş edib. O, kreditdən 2,5 milyon dollar ödədikdən sonra manatın iki dəfə devalvasiyası onun ödənişlərinə problem yaradıb. 


Kreditin qaytarılmasının gecikməsi işin mülki qaydada məhkəmədə həllinə gətirib çıxarıb. "AccesBank"ın şikayəti əsasında mülki iş üzrə Abşeron Rayon Məhkəməsində "Neapol"un sahibi Şükür Əhmədova qarşı iddia qaldırılıb və hazırda proses davam edir. 

 

Məhkəmə prosesi gedişatında bank cinayət işi ilə bağlı da şikayət edib. Kredit müqaviləsində təyinatı müəyyənləşdirilməyib, kredit borcu isə təminatlı olub. Ş.Əkbərov kredit götürərkən dəyəri təxminən 20 milyon dollar qiymətləndirilən otelini girov kimi qoyub.

 

Ş. Əkbərovun indi banka borcu 4 milyon dollardır, bank həmçinin dəbbə (ödənişin gecikməsinə görə cərimə) pulu kimi təxminən 2 milyon da tələb edib. 

 

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasından sonra Ş.Əkbərova qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 195-ci ( krediti təyinatı üzrə xərcləməmə) maddəsi ilə ittiham irəli sürülüb. 

 

Müstəntiqin vəsatəti əsasında avqustun 24-də Ş. Əkbərov barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

 

PULSUZ DEMO HESABI İLƏ FOREX-İ RİSKSİZ ÖYRƏNİN!

 

© Qafqazinfo

27.08.2018 09:21

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ